Daha bir beynəlxalq layihə başa çatıb
20 İyun 2018 15:14 SosialAvropa Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən "Gənclərin Şərqi Avropa və Cənubi Qafqazda iştirakının və qərarvericilik qüvvəsinin gücləndirilməsi" layihəsi başa çatıb. "OLAYLAR"-a GTMŞ-dan bildirilib ki, 4 gün davam edən layihədə Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Moldova, Türkiyənin Milli Gənclər Şuralarının 20 gənc nümayəndəsi iştirak edib.
Layihənin məqsədi Şərqi Avropa və Cənubi Qafqaz regionlarında gənclərin qərarvericilik prosesində iştirakının gücləndirilməsi üçün Milli Gənclər Şuraların tərəfindən hazırlanan iştirak mexanizminin tərtib olunmasından ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31