Pambıqçıların zəhərlənməsi sabotajdır

Yaxın bir neçə gün ərzində Saatlı, Tərtər və İmişli rayonlarındakı pambıq sahələrində aparılan dərmanlama prosesi zamanı kütləvi zəhərlənmə hadisəsi baş verib. Yüzlərlə pambıqçı zəhərlənmə ilə bağlı xəstəxanalara müraciət edib.

Yaxın bir neçə gün ərzində  Saatlı, Tərtər və İmişli rayonlarındakı pambıq sahələrində aparılan dərmanlama prosesi zamanı kütləvi zəhərlənmə hadisəsi baş verib. Yüzlərlə pambıqçı zəhərlənmə ilə bağlı xəstəxanalara müraciət edib. Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının  tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetriməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülüb, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.

"Olaylar"a daxil olan məlumata görə, baş vermiş zəhərlənmə hadisəsi iqtisadi sabotaj kimi qiymətləndirilir. Bu barədə məlumat verən mənbə bu kimi hadisələrin bir neçə dəfə təkrar olduğunu bildirib. Hələ 2015-ci ildə pambıqçılığın inkişaf etdirilməsi qərarı veriləndə, həmin il ərazilərdə yararlılıq müddəti 2011-ci ildə bitmiş dərman pereparatlarından istifadə olunmuşdu. Odur ki, istifadə müddəti keçmiş dərman pereparatlarının hansı məqsədlə ölkəyə gətitirlməsi, üstəlik həmin dərmanlardan dozadan artıq istifadə edilməsi faktlarına aydınlıq gətirilməlidir. Nəzərə almaq lazımdır ki, Kənd Təsərrütafı Nazirliyinin kifayət qədər kadr potensialı var ki, pambıq sahələrinə verilən dərmanın dozaya uyğun olub-olmamasını müəyyən etsin. Belə halda pambıq sahələrinə dozadan artıq, özü də yararlılıq müddəti bitmiş dərman preparatları yalnız məqsədli şəkildə verilə bilərdi. Odur ki, xüsusi xidmət orqanları tərəfindən təxribat və sabotaj versiyasını araşdırmasına ehtiyac duyulur. Nəzərə almaq lazımdır ki, dərman pereparatlarından dozadan artıq istifadə həm də ekologiyaya ziyan vurulur. Bu dərmanların doza həddinin aşılması torpaqda bitki üçün faydalı olan maddələri, mikroorqanizmləri məhv edir. Bu isə o deməkdir ki, məqsəd təkcə insanları zəhərləmək yox, həm də əkinə yararlı torpağın sıradan çıxarılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31