Nadir Şah Əfşarın anım günüdür

Azərbaycan, Türküstan və Hindistanın şahı və türk-soylu əfşarlar sülaləsinin banisi, Azərbaycan türklərindən olan böyük sərkərdə, dövlət xadimi, Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri Nadir şah Əfşarın anım günüdür.

Azərbaycan, Türküstan və Hindistanın şahı  və türk-soylu əfşarlar sülaləsinin banisi, Azərbaycan türklərindən olan böyük sərkərdə, dövlət xadimi, Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri Nadir şah Əfşarın anım günüdür.

Nadir şah 1689-cu ildə Xorasanda anadan olub. Bir sərkərdə və hökmdar kimi tarixə adını yazan Nadir şahı məhz əldə etdiyi qələbələr və nailiyyətlərdən dolayı bəzi tarixçilər Şərqin Napoleonu və ikinci Makedoniyalı İsgəndər kimi qələmə veriblər.

Nadir şah Əfşar 1747-ci il, 20 iyun tarixində dünyasını dəyişib.

Qeyd edək ki, son illər Nadir şah Əfşarla bağlı çoxsaylı araşdırmalar aparılıb, tarixi romanlar dərc edilib. Bu sırada xüsusilə akademik Ramiz Mehdiyevin ideya müəllifliyi ilə işıq üzü görən "Nadir şah" kitabını qeyd etmək lazımdır. Tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin müəllifi olduğu bu kitabda Nadir şahın hökmranlıq və sərkərdəlik bacarığından geniş bəhs olunur. Bundan başqa yazıçı-publisist Yunus Oğuzun "Nadir şah Əfşar", sabiq millət vəkili Cahangir Hüseynovun "Azərbaycan Nadir Əfşar dövləti", millət vəkili Hüseynbala Mirələmovun "Axırıncı fateh" kitabları Nadir şah Əfşar şəxsiyyəti, hökmranlığı, qazandığı möhtəşəm qələbələr barədə oxuculara kifayət qədər geniş və ətraflı məlumat verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31