Məktəbli qıza edilən xəyanət nə qədər ağır ola bilər?
Qadınlarımız üçün Sovet dönəmi, müstəqillik –müharibə dövrü və nəhayət müasir dövr - hər birində yaşamaq ayrı məşəqqət olub. Sovet dövrünün öz çətinliyi, müharibə və aclıq illərinin əzabları yəqin ki, hər kəsin xatirində olar. Daha olmuşları sayıb, vaxtınızı almaq istəmirəm. Son 20 illimizdə isə seriallara olan həddindən artıq maraq sayəsində həyatımız və cəmiyyətimiz sabun köpüyünü xatırladır. Baş verən hadisələrin müzakirə ömrü və həlli köpüyün havada qalma müddəti qədərdi.
20 İyun 2018 12:40 SosialQadınlarımız üçün Sovet dönəmi, müstəqillik -müharibə dövrü və nəhayət müasir dövr - hər birində yaşamaq ayrı məşəqqət olub. Sovet dövrünün öz çətinliyi, müharibə və aclıq illərinin əzabları yəqin ki, hər kəsin xatirində olar. Daha olmuşları sayıb, vaxtınızı almaq istəmirəm.
Son 20 illimizdə isə seriallara olan həddindən artıq maraq sayəsində həyatımız və cəmiyyətimiz sabun köpüyünü xatırladır. Baş verən hadisələrin müzakirə ömrü və həlli köpüyün havada qalma müddəti qədərdi.
Seriallarda xəyal ünsürü olan qəhrəmanlara və qəhrəmanlıqlara aldanan sadəlöv qadınlarımız, bunca zaman hələ də ekranda izlədikləri həyatların real olduğuna inanırlar. Və ətrafdakılar üçün qəhrəman olmaq istəyirlər. Təbii ki, bu istək onları şüraltı "qəhrəman"lığa sürükləyir.
İntihar elə bir hissdir ki, zamanla hər kəsin ağlından keçib və demək olar ki, bir çoxumuz buna cəhd etmişik. Mənim üçün intihar zəiflik deyil. Seçimdir. Necə ki, nə geyinəcəyimizə, yeyeəcəyimizə özümüz qərar veririksə, bizim olan bu həyatı necə yaşamaq istəyiriksə, eyni xətlə də yaşamamaq istəyimiz ola bilər. Kimisə mütəhhim kürsüsünə əyləşdirməkdən asan nə var ki? Çətin olanı "mütəhhimin cinayət"ini qəbullənməkdir.
Kiməsə görə edilən intiharlar bir növ "bu gün uşaqlardan küsdüyüm üçün həyətə düşmürəm" düşüncəsidir. Ki, bu gün küsdüyün uşaqlara görə düşmədiyin həyətə, sabah başqa uşaqlarla oynamaq üçün düşə bilərsən. Həyat bu qədər sadə və bir o qədər də mürəkkəbdir. Fikrimcə, intihar bir nəfərə görə edilmir. İntihar bir insanın insanlara, cəmiyyətə, dünyaya olan üsyandır.
Əslində bəlkə də, cəmiyyətin intihar edən şəxslərə qarşı nədən bu qədər qıcıq olması məlumdur. Bir çox intihar edənlər əslində bununla kiməsə ömürlük əzab verəcəklərini düşünərək, bu addımı atırlar. Bu düşüncə olmasa bəlkə də çoxlarının ağlına intihar edib əzab vermək yox, yaşayaraq, uğurlar əldə edərək qarşı tərəfə əzab vermək istəyi olardı. İntihar etməklə belə sizin cəza vermək istədiyiniz ən vicdanlı şəxs belə bunun əzabını ən çox bir il çəkəcək. Amma yaşayaraq bu "əzab" bir ömür boyu ola bilər. Bəlkə də zamanla heç bu da əzab olmayacaq. Hər iki tərəf üçün adi, sıradan bir həyat olacaq...
Məlum videodan yəqin ki, hər kəs xəbərdardır. Bir məktəblinin davamlı olaraq "sən mənə xəyanət etdin" deməsi bəlkə də çoxlarımızın qulaqlarını yordu. Və bəlkə də bir çoxumuz məhz bu "xəyanət" sözlərinə görə videonu sonadək izləyə bilmədi. Bir məktəbli qıza edilən xəyanət nə qədər ağır ola bilər ki?
Yəni, həyat yoldaşını birgə yataqlarında başqa qadınla yaxalayan qadının xəyanətindən ağırdırmı bir məktəbliyə olunan xəyanət? Həyat yoldaşını 2-4 uşaqla, sosial problemlər əzablar içində qoyub, başqa qadınlarla könül əyləndiriən bir kişinin etdiyi xəyanətdən ağır idimi məktəbli qıza olunan xəyanət?
16 yaşlı bir qız üçün xəyanət hardan başlayır? Xəyanət onun düşüncəsində nədir? Məktəbli uşaqların sevgisinə heç vaxt ayıb durum kimi baxmayan biri olaraq mənim üçün bu yaşda xəyanət sevdiyi şəxsin başqası ilə çəpərdə söhbətləşməsi, mesajlaşmasından o tərəfə getmir.
Az -çox hər kəs tipik azərbaycanlı ailəsinin necə uzunömürlü olmasından xəbərdardı. Ələxsüs, bölgələrdə. O bölgələr ki, orda qadınlar ailələri, həyat yoldaşları tərəfindən təhqir olunaraq, cinsi və digər istismarlara məruz qalırlar. Bunun adına "qismət" deyib dözməyi də özlərinə borc bilirlər.
Gündəm mövzusu olan məktəbli bütün ömrü xəyanətlərlə keçən, uşaqlarına görə ailəsini dağıtmayan bəzi qadınların həyatını yaşasaydı, o zamandamı baş verənləri xəyanət adlandırardı? Ki fikrimcə, uşaqlara görə məcburən hər il ailələrinin il dönümlərini ağlayaraq, döyülərək, təhqir olunaraq uzadanların məhz özləri övladlarına ən böyük cəzanı, travmanı, bədbəxtliyi yaşadırlar.
Bizim cəmiyyətdə problem necə həll olunur?
Biz də problem 2006 - cı ildə yaradılmış, bölgələrdə qadın terroruna qarşı, baş verən intiharların sayını azaldacaq dərəcədə maarifləndirici işlər aparmayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihələri kağızlarda, məmur otaqlarında imzalanaraq "həll" olunur.
Seriallardan örnək götürdüyünüz qəhrəmanlar ssenaristlərin, yazarların uydurduqları həyatı məharətlə oynayıb, sizlərin imtina etdiyiniz həyatda daha gözəl, daha yaxşı yaşamaq üçün cabalar göstərirlər.
Nə Sovet dönəmində, nə də müharibə illərində qadınlar intihar haqqında demək olar ki, düşünmürdülər. Amma seriallar zəif xarakterli qurbanlarının tez bir zamanda özündən asılı vəziyyətə salaraq, intihar reytinqi üzrə az qala bəhsə girirlər.
Nigar Adil