Ət kəsimi məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili necə aparılır?

Son illər cəmiyyət olaraq üzləşdiyimiz problemlərdən biri də insan sağlamlığı, orqanizmi üçün zərərli olan ət və ət məhsullarının bazarlara ayaq açmasıdır. Vəziyyət o qədər ciddi və təhlükəli xarakter alıb ki, indi bazarlarda at, eşşək, ölmüş heyvan ətləri alıcıya təzə ət adı ilə satılır ki, bu da qısa müddət sonra insanda öz mənfi fəsadlarını göstərir.

Son illər cəmiyyət olaraq üzləşdiyimiz problemlərdən biri də insan sağlamlığı, orqanizmi üçün zərərli olan ət və ət məhsullarının bazarlara ayaq açmasıdır.  Vəziyyət o qədər ciddi və təhlükəli xarakter alıb ki, indi bazarlarda at, eşşək, ölmüş heyvan ətləri alıcıya təzə ət adı ilə satılır  ki,  bu da qısa müddət sonra insanda öz mənfi fəsadlarını göstərir.

Qeyd etmək lazımdır ki, ət və ət məhsulları ilə bağlı problem təkcə bununla bitmir. Eyni zamanda onların kəsim məntəqələrində mövcud olan qeyri-normal şərait, gigyena qaydalarına uymayan vəziyyət də nəticə etibarilə ət və ət məhsulları ilə bağlı həyəcan təbili çalmağa vadar edir. Sevindirici hal ondan ibarətdir ki, artıq bu istiqamətdə mövcud olan neqativ hallar aradan qalxmaqdadır. Bir müddət əvvəl yaradılan Qida Təhlükəsizliyi Agentliyi hər bir istiqamətdə olduğu kimi ət və ət məhsullarının kənar təsirlər olmadan, sağlam şəraitdə insanlara çatdırılması istiqamətində də fəaliyyətini davam etdirir. Ümumiyyətlə,  ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili necə aparılmalıdır?

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, kəsilmək üçün sallaqxanaya, kəsim məntəqəsinə gətirilən heyvanlar həmin müəssisələrinin baytar həkimləri, baytar texnikləri tərəfindən yoxlanılır, ilk növbədə baytarlıq sənədlərinin düzgün tərtibatı, faktiki heyvanların baş sayının baytarlıq şəhadətnaməsinə uyğun olub-olmaması dəqiqləşdirilir. Hər bir heyvan ayrı-ayrılıqda baxışdan keçirilərək, ya fərdi, ya da seçmə yolu ilə termometriya edilir.  Bundan sonra baytar həkimi heyvanların müəyyən edilmiş qaydada qəbul edilməsini, onların bazada yerləşdirilməsi və onlara baytarlıq nəzarəti ilə əlaqədar işləri həyata keçirir. Kəsimə gətirilən heyvan qrupunda yoluxucu xəstəliklərə yoluxmuş, aqoniya halında olmuş, məcburi kəsilmiş və ya ölmüş heyvanlar olduqda, həmçinin baytarlıq şəhadətnaməsində göstərilən baş sayı ilə faktiki baş sayı arasında fərq olduqda diaqnozu yerində dəqiqləşdirmək və sənədlərdəki uyğunsuzluğun səbəblərini araşdırmaq məqsədi ilə heyvanlar 3 gün karantində saxlanılır. Kəsimə klinik sağlam olan heyvanlar buraxılır. Ağır yaralanmış, sınığı, yanığı olan heyvanların kəsilməsinə bu barədə mövcud təlimatlarda, qaydalarda nəzərdə tutulmuş hallarda, ət qida məhsulu kimi istifadəyə yararlı olduqda icazə verilir".  Agentlikdən bildirilib ki, respublikada qida üçün kəsilən heyvanlar camış da daxil olmaqla qaramal, qoyun, keçi, ceyran, maral, dovşan, dəvə və bütün növ ev quşları aid edilir. Ət üçün 14 günlükdən kiçik heyvanların kəsilməsinə icazə verilmir. Təsərrüfatlarda heyvanlar kəsimqabağı saxlandıqda və ya heyvan qısa müddət ərzində kəsimə gətirildiyi halda onlara əvvəlcədən həddindən artıq çox yemək yedizdirilibsə, həmin heyvanlar növündən asılı olaraq müəyyən müddətdə bazarda yem verilmədən saxlanılır. Belə olduqda təsərrüfatlarda qaramal ən azı 15 saat, dovşanlar 12 saat, quşlar 8-12 saat, suda üzən quşlar 4-8 saat yolda olduğu müddət də daxil olmaqla ac saxlanılmalıdır. Buzovlar kəsim məntəqəsinə təhvil verildikdən 6 saat sonra emala verilməlidir. Bu zaman onlara su verilməsinə məhdudiyyət qoyulmur, ancaq suvarma kəsimə 3 saat qalmış dayandırılmalıdır. Heyvanlar kəsimə gətirildikdə onlarda yorğunluq əlamətləri aşkar edilərsə kəsilməsi qadağan edilir. Belə heyvanlar normal yemləmə və suvarma şəraitində 48 saat müddətində istirahət edir və bundan sonra yuxarıda göstərilən qaydalara uyğun kəsilir. Kəsim günü heyvanlar baytar həkimi tərəfindən baytarlıq baxışından keçirilir və heyvanların ümumi vəziyyətindən asılı olaraq hamısı və ya yaxud seçmə yolu ilə bir hissəsi termometriya edilir. Kəsimə sağlam heyvanlar gedir.
Kəsimdən sonra ət və digər kəsim məhsulları baytar həkimi tərəfindən mütləq baytarlıq ekspertizasından keçirilir. Heyvanın cəmdəyi və digər orqanları baytarlıq ekspertizasından keçirilmək məqsədilə ət emalı müəssisələrində baytarlıq baxışı üçün xüsusi hazırlanmış masanın üstündə qarmaqlardan asılır.  Heyvanların cəmdək və orqanlarının baytarlıq baxışından keçirilən yer iş üçün əlverişli və işıqlı olmaqla bərabər, xəstəlik halı müşahidə edildikdə onun qeyd edilməsi məqsədi ilə xüsusi qurğusu, sterilizatoru (bıçaq, qarmaq və başqa alətlər zərərsizləşdirmək üçün), isti və soyuq su ilə təmin olunmuş əl-üz yuyanı, sabunu, əli dezinfeksiya etmək üçün xüsusi qabda dezinfeksiya məhlulu və əı dəsmalı olmalıdır. Baytar baxışından keçirilməsi üçün heyvanların başı cəmdəkdən ayrılandan sonra alt çənəsi qolların bitişmə bucağının arxasındanvə yaxud da üzüyəoxşar asılır, dil üst tərəfdən və yanlarından zədələnməmək şərti ilə kəsilir və çənəarası boşluqdan müayinə üçün bütün limfa vəziləri üstündə olmaqla kənara çıxarılır.
Başda çənəaltı, qulaqdibi və udlaqarxası limfa vəziləri açılıb baxılır. Dodaqlara və dilə baxılır, əllə yoxlanılır. 
Cəmdək. Xarici və daxili tərəfdən baxılır, əsas diqqət şişkinliklərin və başqa patoloji dəyişikliklərin olmasına yönəldilir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31