Bakının iki rayonuna içməli su məhdudiyyətlə veriləcək

Bakının Nəsimi və Nərimanov rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.

Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb H.Əliyev küçəsində magistral su kəmərində baş vermiş qəzadır. İçməli suyub verilməsində məhdudiyyət günorta saatlarına qədər davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31