Xızıda ildırım çobanları və qoyun-quzunu vurub
Xızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.
18 İyun 2018 19:33 SosialXızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.
Hadisə Dübrar yaylağında baş verib.
İldırım Qobustan sakini, 40 yaşlı Ağa Misir oğlu Ağayevi vuraraq öldürüb. Şahidlərin verdiyi məlumata görə, ildırım yaylaqdakı digər çobanı da vurub. Lakin o, sağ qalıb. Yaralı Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31