Döş xərçənginin qarşısını almağın asan yolu
Mütəmadi olaraq “D” vitamininin qəbulu döş xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.
18 İyun 2018 11:11 SosialMütəmadi olaraq "D" vitamininin qəbulu döş xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.
Kaliforniya universitetinin alimləri belə bir nəticəyə gəlib.
Elmi tapıntı 15 il ərzində aparılan müşahidələrin nəticəsidir. Alimlər müəyyən edib ki, qadınların qanında yüksək kalsifediol miqdarı ("D" qrupundan olan vitamin) daha dəqiq desək, 60 nanoqramdan çox vitaminin olması döş xərçənginin inkişafı riskini beş dəfə azaldır.
Alimlərin təbirincə, qanda tələb olunan vitamin miqdarına nail olmaq üçün günə yeməklə 4-6 min beynəlxalq vahid pəhriz əlavəsi qəbul etmək lazımdır.
Günəşli havada gündəlik olaraq 10-15 dəqiqə keçirməklə qida əlavəsini azaltmaq da olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31