Məşhur müğənnini kim zorlayıb? - Rəfiqəsindən ŞOK İDDİA - FOTO

Amerikalı müğənni Keşa keçmiş prodüseri Lukas Gotvaldı məhkəməyə verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, buna səbəb cinsi zorakılıq, zorlama və icazəsi olmadan narkotik maddə vermə ittihamıdır. İstintaq zamanı məlum olub ki, Keşa 2016-cı ildə Ledi Qaqaya göndərdiyi mesajda məşhur prodüserin Keti Perini də zorladığını bildirib.

Keşa və prodüser arasında məhkəmə çəkişməsi 4 ildir ki, davam edir. Artıq hakimlər qərar verməyə hazırlaşırlar.

 

Qarşı tərəf isə bildirir ki, Keşanın iddiaları həqiqətə uyğun deyil. Keti Peri isə məsələ ilə bağlı açıqlama verməyib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31