Fuad Poladovun nadir görüntüsü yayıldı – Foto

 

Dünən xalq artisti, mərhum sənətkar, əfsanəvi aktyor Fuad Poladovun qırx mərasimi olub.

Publika.az xəbər verir ki, əməkdar artist Mehriban Zəki həmkarını və əziz dostunu sosial şəbəkədə yad edib. M.Zəki Fuad Poladovla baş rollarda oynadığı "İvan Buninin Sonuncu döyüşü" tamaşasının məşq prosesində çəkilən şəkilləri paylaşıb və ürək sözlərini belə ifadə edib:

"Səhv etmirsəmsə, 2007-ci il idi. "İvan Buninin sonuncu döyüşü" tamaşasının məşqi. Mən - Banin, Fuad müəllim - Bunini oynayırdı. Biz birlikdə işləmişik, düşünə bilməzdik ki, 11 il sonra (prinsipcə bu böyük müddət deyil) Fuad Poladov xatirəyə çevriləcək. Fuad müəllim mən sizi heç vaxt unutmayacağam".

Qeyd edək ki, F. Poladov mayın 4-də ağciyər xərçəngindən dünyasını dəyişib. O, vəsiyyəti ilə "Qurd Qapısı" qəbiristanlığında dəfn olunub və məzar daşına şəkli vurulmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31