Məktəb direktoru bıçaqlanmadan danışdı: "Səhər deyib-gülürdülər"
14 İyun 2018 12:58 SosialQobustanda A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbin direktoru şagirdlər arasında bıçaqlanma hadisəsinə münasibət bildirib.
Yenicag.az-a açıqlama verən direktor İmran Abdullayev həmin şagirdlərin bu gün səhər sözügedən məktəbdə olduqlarını bildirib:
"Səhər hər iki uşaq məktəbdə olub. Rauf 11-ci sinfi bitirib, məzun olub. Vüsal da 10-cu sinifdə oxuyur. Hər iki şagird səhər məktəbdə deyib-gülürdülər, şənlənirdilər. Sonra nə baş verib bilmirəm. Hadisə harada, necə baş verib, vallah-billah xəbərim yoxdur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31