İnam Kərimova hollandiyalı məsləhətçi təyin olunub
14 İyun 2018 11:24 SosialKənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.Nazir İnam Kərimovholland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib.Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988 illər arası "Kənd təsərrüfatı və aqrobiznes" ixtisası üzrə bakalavr daha sonra isə magistr dərəcəsinə yiyələnib.Aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb.Rusiya, Almaniya, Avstriyanın müxtəlif bölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub.apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31