Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib
15 iyun- Qurtuluş günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 3-cü mikrorayon Rəşid Məmmədov küçəsində Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir.
12 İyun 2018 17:01 Sosial15 iyun- Qurtuluş günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir "Abad həyət" 3-cü mikrorayon Rəşid Məmmədov küçəsində Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir.
"Olaylar" xəbər verir ki, bu ünvanda beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarının və istirahətlərinin səmərəli keçirilmələri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları,oyun elementləri və idman meydançası quraşdırılmışdır.
Bununla bağlı təşkil olunan görüşdə sakinləri qarşıdan gələn müqəddəs Ramazan bayramı və 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Asif Əsgərov qeyd etdi ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda rayonunun ayrı-ayrı ünvanlarında fasadlarında əsaslı təmir işləri və binaların həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.
Sonra yeni istifadəyə verilmiş "Abad həyət"də sakinlərin səyyar qəbulu keçirilmişdir. Görüşdə iştirak edən sakinlərin müraciətləri ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.