Regional proqramlar yerlərdə əhalinin kommunal problemlərinin həllinə müsbət təsir göstərir

 

2004-cü ildən uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının üstün cəhətlərindən biri də ondan ibarət idi ki, həmin proqramların icrası bölgələrin simasını dəyişməklə yanaşı, eyni zamanda ayrı-ayrı regionlarda ənənəvi sahələrin də inkişafına təkan verdi. Eyni zamanda regional proqramlar ayrı-ayrı rayonlarda infrastrukturun yaxşılaşdırılması, işsizlik probleminin aradan qaldırılması, daxili istehsalın artırılması, əhalinin kommunal problemlərinin həllində də mühüm rol oynadı. Elə Ağcabədi rayonunda dövlət proqramları çərçivəsində əhalinin kommunaı problemlərinin həlli istiqamətində görülən işlər, həyata keçirilən layihələrin fonunda bunu görmək mümkündür. Məlumat üçün qeyd edək ki, hazırda icrası davam etməkdə olar üçüncü Dövlət Proqramı çərçivəsində Ağcabədi rayonunda əhali və qeyri-əhali qrupunun təbii qazla təminatı istiqamətində kifayə qədər işlər görülüb. Belə ki, 2017-ci ilin birinci yarısında əhali və qeyri-əhali abonentlərinə 26.667.145 m3 qaz satılıb, ARDNŞ Azəriqaz İstehsalat Birliyinin hesablaşma hesabına 2707880 manat istifadə edilmiş qazın dəyəri ödənilib ki, buda yığım faizini 81,28 % təşkil edir.
Qaravəlli (650 abonent) kəndində küçə daşıyıcı xətləri çəkilmiş sayğac quraşdıraraq son tamamlama işləri aparılıb.

Regional proqramlar çərçivəsində Ağcabədidə əhalinin elektrik enerjisinə olanm tələbatının ödənilməsi istiqamətində də müsbət addımlar atılıb. Belə ki,  Ağcabədi Elektrik Şəbəkəsi 2017-ci ilin birinci yarısında 36 ədəd 10/04 kv-luq zədələnmiş transformatorları əsaslı təmir etdirərək əhalinin istifadəsinə verib. Yarım illikdə 70 ədəd  10kv-luq, 151 ədəd 0,4 kv-luq istismara yararsız ağac dayaqlar yeni dayaqlarla əvəz olunub, 3 ədəd müasir tipli 10/0,4 kv-luq transformator məntəqəsi şəbəkəyə qoşulub. Aşağı Avşar, Yuxarı Qiyaməddinlli kəndlərində fərdi yaşayış evlərinə 1471 abonent SMART tipli sayğac quraşdırılıb.
 Əhalinin  içməli suya olan tələbatının ödənilməsi istiqamətində də regional proqramlar çərçivəsində rayonda xeyli işlər görülüb. Qeyd edək ki, Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsi "Azərsu"ASC-nin sifarişi ilə yenidən qurulur, şəhərin prospekt və küçələrində 123.492 p/m müxtəlif ölçülü borularla iş həcmi 31 faiz olmaqla kanalizasiya xətti, 127.242 p/m su xəttiidən 6251 p/m müxtəlif ölçülü boru xəttləri  çəkilib ki, işin 5 faizini təşkil edir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası Ağcabədi rayonunda aqrar sahənin də inkişafına təkan verib. Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində aqrar  sahədə yeni aqroparkların yaradılması işi sürətlə yerinə yetirilir. Belə ki, rayon ərazisində dövlət fonduna aid qış otlaq sahəsindən 5800 ha torpaq sahəsinin təyinatı Nazirlər .Kabinetinin qərarı ilə dəyişdirilərək bundan 4800 ha torpaq sahəsi Aqropark yaradılması məqsədilə yerli investor olan  "ƏKİNÇİBO" MMC-nin icarəsinə verilib. Təsərrüfatda Pivod suvarma sistemlərinin qurulması, bitki yağları emalı zavodunun tikilməsi və 1500 ha soya, 1500 ha qarğıdalı, 800 ha ərazidə buğda, 500 ha günəbaxan, 500 ha çuğundur əkilməsi nəzərdə tutulub. 
Heyvandarlıq təsərrüfatının yem bazasının yaxşılaşdırılması məqsədilə təyinatı dəyişdirilib 1000 ha torpaq sahəsi isə  "BMS Aqro" MMC-nin icarəsinə verilməsi nəzərdə tutulub. Bu işlərin davamı olaraq rayonda əlavə 6710 ha torpaq sahəsinin təyinatı dəyişdirilməsi ilə əlaqədar müvafiq Nazirliklərdən rəylər verilib və ərazinin yerquruluşu sənədləri hazırlanıb. Həmin torpaq sahələri heyvandarlıq təsərrüfatlarının yem bazasının yaxşılaşdırılması və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə yerli investorların istifadəsinə verilməsi nəzərdə tutulub.
Rayonda pambıqçılıqla məşğul olmaq istəyənlərin sayının artması nəticəsində 9550 ha sahədə pambıq əkilib. Bu da 2016-cı ilə nisbətən 2,6 dəfə artıq olub. Rayon ərazisində "MKT" Ağcabədi filialı tərəfindən 705 istehsalçı ilə 4710 ha sahə üçün,  "CTS Aqro" MMC pambıq emalı zavodları tərəfindən 430 istehsalçı ilə 4161 ha sahə üçün və fərdi MMC-lər tərəfindən isə 132 nəfər istehsalçı ilə 679 ha sahədə pambıq əkilməsi üçün müqavilə bağlanıb. Sahələrdə suvarma işləri aparılır və zərər vericilərə qarşı kimyəvi üsulla mübarizə tədbirləri həyata keçirilir.
Baramaçılıq sahəsində də Ağcabədi rayonunda irəliləyişlər olub. Belə ki, 2016-cı ildə 41 kənd yaşayış məntəqəsi üzrə 48 nəfərə paylanmış 80 qutu ipək qurdundan 3675 kq barama istehsal olub. 2017-ci ildə isə 228 nəfər kümçülər tərəfindən 350 qutu ipək qurdu saxlanılıb və 16761 kq barama  istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 4,5 dəfə artıq olub.
Qarşıdakı illərdə rayonda ipək qurdu üçün yem bazasının artırılması məqsədilə yeni tinglərin əldə olunması üçün 6609 m2 ərazilərə  tut toxumu səpilmiş və mövcud tut ağacları budanıb.
Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə rayon ərazisində "Aqat Aqro" MMC və  "BMS Aqro" MMC iri heyvandarlıq təsərrüfatı və Təzəkənd ərazisində 25 kiçik ailə fermer təsərrüfatları fəaliyyət göstərir.
"Aqat Aqro" MMC-də  mal-qaranın sayı 2837 başdır.  Təsərrüfatda 6 ayda 5152 ton süd istehsal olub. "BMS Aqro" MMC-də cins keçilərin sayı 1610 baş, cins qoyunların sayı isə 1471 başdır. Təzəkənd kəndində yaradılmış 25 kiçik ailə fermer təsərrüfatında isə cins malların sayı 276 başdır.  
Respublikada şəkər çuğundurunun istehsalının artırılması ilə bağlı Ağcabədi rayonunda da bu sahənin inkişafına diqqət yetirilib. Belə ki, 2016-cı ildə 815 ha sahədə şəkər çuğunduru əkilib. Nəticədə hər hektardan 59,5 ton olmaqla 48.525 ton məhsul götürülüb. 2017-ci ildə isə bu rəqəm 2010 ha olub. Sahələrdə becərmə işləri aparılır.
Ölkədə idxal olunan məhsullara aid olan soya bitkisinin əkinin də 2017-ci ilin birinci yarısında artırılıb. 2016-cı ildə 1210 ha əkilmişdisə bu il bu rəqəm 2041,5 ha olmaqla 1,7 dəfə artıq əkilib.

Dövlət proqramlarının uğurlu icrası rayonda sahibkarlığın da inkişafına təkan verib. Belə ki, Dövlət Proqramının üçüncü mərhələsi çərçivəsində    2017-ci ilin birinci yarısında rayon sahibkarları və fermerləri tərəfindən Bakı şəhərinin Xətai rayonu ərazisində şənbə və bazar günləri keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına 279 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilib. Sahibkarlığa Kömək Milli Fondu rayonda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 25 layihə üzrə sahibkarlara 280.806 manat kredit verilib və 32 yeni iş yeri yaradılıb.

Regional proqramlar rayonda suvarma sisteminin də yaxşılaşdırılmasına imkan yaradıb. Belə ki,  2017-ci ilin birinci yarısında 191,9 km suvarma kanalları lildən təmizlənib, 124 ədəd hidrotexniki qurğular təmir olub 4 ədəd nasosstansiya cari təmir, 2 ədəd əsaslı təmir və 3 ədəd yaşayış binası cari təmir edilib. Meliorasiya idarəsi tərəfindən 2017-cı ilin birinci yarısında 437,95 min m3 kollektor drenaj şəbəkəsi lildən təmizlənib, 20 ədəd hidrotexniki qurğu cari, 1 ədəd qurğu əsaslı təmir olunub.

Əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Dövlət Proqramına əsasən 2017-cı ilin birinci yarısında  idarə 44.022,0 min kvt.saata qarşı 42.668,0 min kvt saat elektrik enerji sərf etməklə 135,4 min kvt saat enerjiyə qənaət edilib və 128.104,0 min m3 su istehsal olunub. İkinci rüb ərzində 336 ədəd subartezian quyusu əsaslı təmir edilib.

Rayon Məşğulluq Mərkəzi Azərbaycan Respublikasının "Məşğulluq haqqında" Qanununa uyğun olaraq bir sıra işlər görüb. 2017-ci ilin birinci yarısında 900 nəfər işaxtaran və işsiz vətəndaş rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onlardan 204 nəfəri qadınlardır. Mərkəzin göndərişi ilə 589 nəfər (2016-cı ilin müvafiq dövründən 2 nəfər çox) işaxtaran vətəndaş işlə təmin olunub. Onlardan 137 nəfəri qadınlardır.
2017-ci ilin birinci yarısında 337 nəfər işaxtaran vətəndaş yeni açılmış iş yerlərində işlə təmin olunub.
Azərbaycan Respublikası Prezidentinin 07.04.2016-cı il tarixli 1049 nömrəli sərəncamına müvafiq olaraq 17 nəfər  Məşğulluq Mərkəzində qeydiyyatada olan işaxtaran və işsiz vətəndaş özünəməşğulluq proqramına cəlb olunub və onlara  Rayon Heydər Əliyev Mərkəzində beynəlxalq əmək təşkilatının müəllimləri tərəfindən 2 aylıq kurs keçirilib. Kursu bitirən 15 nəfərinin biznes planı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bəyənilib. 2017-ci ilin fevral və mart aylarında kursu bitirmiş 15 nəfər biznes planında göstərdikləri aktivlərlə təmin olunub.

  

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31