Metroda belə şəkil çəkdi - Hamı ondan danışır
Bakı Metrosunda çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
12 İyun 2018 15:52 SosialBakı Metrosunda çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Foto metronun "Nəriman Nərimanov" stansiyasında lentə alınıb. 21 yaşlı Arzu Əhmədova metro relslərində çəkdirdiyi sözügedən fotonu instagram səhifəsində paylaşıb.
Səhifə açıq olduğundan foto qısa müddətdə sosial şəbəkələrdə yayılıb və xanımın təhlükəsizlik qaydalarına riayət etməməsi tənqid olunub.
Qeyd edək ki, foto bu gün saat 04-00 radələrində çəkilib. Həmin saatda metro fəaliyyət göstərmir. Arzu eyni saatda metroda çəkdiyi videonu da paylaşıb.


Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31