Bu qidalardan uzaq durun
12 İyun 2018 14:54 SosialOlaylar.az "Haberler"ə istinadən bildirir ki, mütəxəssislərin etdiyi araşdırmalara görə insan sağlamlığı üçün olduqca zərərli olan qəlyanaltı məhsulları yemək üçün ən çox seçilən qidalar arasında iştirak edir. Bəziləri təəccübünüzə səbəb olsa da insan sağlamlığı üçün zərərli olan bu qidalarla tanış olun:
Balıq konservi
Adından məlum olduğu kimi tez xarab olmağa meyilli olan bu konservləşdirilimiş məhsullardan uzaq durun.
Jelibon və qummi qidalar
Jelibonlar və qummi qidalar ehtiva etdiyi yüksək nisbətdə kimyəvilər səbəbiylə olduqca zərərli məhsullar arasında iştirak edir. Jelatin, sintetik aroma və rəngləndiricilər istifadə edərək əldə edilən bu məhsullar olduqca zərərlidir.
Qarğıdalı kəpəyi
Ümumiyyətlə çox adamın sağlam bir qida olaraq istehlak etdiyi qarğıdalı kəpəyi əslində sağlam bir qida növü deyil. Misir unu istifadə edilməsi səbəbiylə içindəki bütün vitamin dəyərlərini itirən qarğıdalı kəpəyini az miqdarda istehlak edərək zərərlərindən qoruna bilərsiniz.
Şokoladlı draje
Rəngli şokoladlı drajeleri çox sevirsinizsə istehlak mövzusunda daha diqqətli olmanız lazımdır. Sıx kimyəvi maddə, rəngləndirici istifadəsi ilə əldə edilən bu draje ləzzətli olmasına baxmayaraq olduqca zərərli bir qida növüdür.
Qara zeytun
Dünyada tamamilə qara rəngdə yetişən qara zeytun yoxdur bu səbəbdən sizin hazır bir şəkildə aldığınız qara zeytun əslində boyadılmış yaşıl zeytundur. Daha təbii və sağlam qida üçün qara yerinə yaşıl zeytun seçməlisiniz.
Qırmızı lobya
Qırmızı lobya ancaq səhv bişirildiyi zaman olduqca zərərli bir yeməyə çevrilə bilər. Uzun müddət qaynatmadan istehlak edəcəyiniz qırmızı lobya zəhərli olacağı üçün diqqətli olmalısınız.
Üzüm
Nə qədər təəccüblü olsa da üzüm, zərərli qida növləri arasında iştirak edir. Üzüm tez xarab olan meyvə olduğu üçün marketlərdə uzun müddət rəflərdə saxlandığı zaman bir çox kimyəvi əməliyyatlardan keçirilir. Üzümlər toplandıqdan qısa müddət sonra istehlak edilməlidir.