Azərbaycan və Latviya dəmiryolçuları görüşüblər

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin başılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində "Latviya Dəmir Yolu" SC-nin prezidenti - idarə heyətinin sədri Edvins Berzinşin başılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki,  "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra İkitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirəsi aparılıb.

"Latviya Dəmir Yolu" SC-nin prezidenti - idarə heyətinin sədri Edvins Berzinş çıxış edərək ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31