Müəllim İnkişafı Mərkəzi Kembric Peşəkar İnkişaf Mərkəzi kimi akkreditasiyadan keçdi
Kembric Universitetinin bölməsi olan Kembric Beynəlxalq Təhsil üzrə Qiymətləndirmə, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin Kembric Peşəkar İnkişaf Mərkəzi kimi akkreditasiyadan keçdiyini bəyan edib.
12 İyun 2018 12:34 SosialKembric Universitetinin bölməsi olan Kembric Beynəlxalq Təhsil üzrə Qiymətləndirmə, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin Kembric Peşəkar İnkişaf Mərkəzi kimi akkreditasiyadan keçdiyini bəyan edib.
Olaylar.az bildirir ki, AMİM müəllimlərə İngiltərə, Uels və Şimali İrlandiya üçün mövcud olan Tədris və Öyrənmə və İkidilli şəxslərin Tədrisi üzrə Ali Təhsil Kvalifikasiyası üçün meyarların 4-cü və 5-ci Səviyyəsində Peşəkar İnkişaf Kvalifikasiyası - Sertifikat və Diplom Proqramlarında iştirak etmək imkanı təqdim edəcək. Kembric Peşəkar İnkişaf Kvalifikasiyası Sertifikatları 4-cü Səviyyədə 60, Diplom isə 5-ci səviyyədə 60 akademik kreditə malikdirlər.
Peşəkar İnkişaf Kvalifikasiyaları Proqramları, təkcə mükəmməl tələbə öyrənməsini deyil, həm də müəllimlərin davamlı peşəkar inkişafı və öyrənməsinə dəyər və dəstək verərək onların bir ömür boyu öyrənənələrə çevrilməsini dəstəkləyir.
Kembric Peşəkar İnkişaf Kvaifikasiyaları proqramı ərzində müəllimlər müvafiq təhsil düşüncəsi və ən yaxşı beynəlxalq təcrübələrə tənqidi şəkildə yanaşacaq, öz tədris təcrübələrinə yeni fikirlər və yanaşmalar tətbiq edəcəklər. Gələcək inkişafı planlaşdırmaq və tələbələrin öyrənməsinin keyfiyyətini yaxşılaşdırmaq üçün təcrübə və nəticələr haqqında fikir mübadiləsi aparacaqlar.
Proqram 3 tədris modulundan ibarətdir - Sertifikat bir modulu, Diplom isə əlavə daha 2 modulu əhatə edir. Hər bir modul Təlimatlı təlim, Fərdi təhsil və İş əsaslı öyrənmədən ibarətdir. Hər modul üçün 4 ay ərzində 120 saatlıq təlim və hazırlıq tələb edir.
Yeni tədris ilində Kembric Peşəkar İnkişaf Kvalifikasiyaları proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinə müraciət etməlidirlər - [email protected]