Bu mikrorayonlara içməli su məhdudiyyətlə veriləcək

İyunun 12-də gün ərzində Nəsimi rayonu 1,2,3,4,5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki, buna səbəb Bakı şəhəri Mir Cəlal və H.Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31