Liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanılıb.

"OLAYLAR" xəbər verir ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu iyunun 20-nə qədər davam edəcək.

12 iyun tarixinə (09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az)  vasitəsilə liseylərin V  sinfinə qəbul üçün 1 130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 110-u 147 nömrəli Texniki-Humanitar Liseyə, 158-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.

Liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Belə ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31