Sağlam ana doğuş zamanı niyə öldü? - Baş həkim

Doğuş zamanı vəfat edən Aytən Qasımovanın ölüm səbəbi kimi ilkin versiya dərmandan anafilaktik şok keçirməsi göstərilir.

Bu sözləri açıqlamasında Siyəzən Regional Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümmətov deyib. O bildirib ki, ölümün dəqiq səbəbi Tibbi Ekspertiza və Patoloji Anatomiyanın nəticəsindən sonra bilinəcək:

"Hazırda prokurorluq işçiləri mərkəzdədir. Səhiyyə Nazirliyinin ana ölümlərini araşdıran komissiyası da məsələni araşdırır".

Qeyd edək ki, Siyəzəndə Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib. Yaxınlarının Report-a verdiyi məlumata görə, ana tam sağlam olub.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31