Xalq artisti məmurla dalaşdı, vəzifədən getdi – Bakıda (Foto)
12 İyun 2018 01:21 SosialFikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.
Bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.
Qeyd edək ki, S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu.
Əməkdaşımız məsələylə bağlı S.Cəfərovla əlaqə saxlayıb. Xalq artisti bu barədə danışmaq istəmədiyini bildirib.(Ölkə.Az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31