Uşağı döyən müəllim qovuldu, bağça bağlandı
11 İyun 2018 19:24 SosialBakıda fəaliyyət göstərən "Kids Studio" bağçası uşaqların döyülmə videosunun yayılmasından sonra fəaliyyətini dayandırıb.
Bağçadan axar.az-a verilən məlumata görə, uşaqları döyən müəllim də işdən azad edilib.
"Həmin görüntülərdə müəllimə uşağı döymür, sadəcə, silkələyir, divara tərəf atır. Bağçanın fəaliyyəti bu gündən etibarən dayandırılıb", - bağçadan bildirilib.
Videoda uşaqları döyən qadınlardan birinin adı bəlli olub. Bu, Firuzə Tağıyeva adlı tərbiyəçidir.

Qeyd edək ki, bu gün Azxəbər.com saytı "Kids Studio" bağçasında müəllimlərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsini əks etdirən video yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31