Tələyə asan düşən ov
Siz Azərbaycanda normal, bir –biri ilə oyun meydanında hərəkətləri və ya sözləri, davranışları ilə aşağılamayan komanda oyunu görmüsünüzmü? Mən ağlım kəsəndə nədənsə komanda oyunlarındakı mehribanlığı, səmimiliyi, komanda təssübünü çəkən oyunçuları ancaq Avropa və qonşu ölkələrin oyunlarını izləyəndə görmüşəm. O zaman, bəs biz də niyə o əjdahalardan yoxdu? Və ya başqa bir sual. Bir –birinin əlini sıxan, qazandıqları uğura görə bir –birlərini təbrik edib, təşəkkür cavabı alan rəqiblərə təsadüf etdinizmi bu məmləkətdə?
11 İyun 2018 14:22 SosialSiz Azərbaycanda bir -biri ilə oyun meydanında hərəkətləri, sözlərivə ya davranışları ilə aşağılamayan komanda oyunu izləmisinizmi? Mən ağlım kəsəndən nədənsə komanda oyunlarındakı mehribanlığı, səmimiliyi, komanda təssübünü çəkən oyunçuları ancaq Avropa və qonşu ölkələrin oyunlarında görmüşəm. O zaman, bəs biz də niyə o əjdahalardan yoxdu?
Və ya başqa bir sual. Bir - birinin əlini sıxan, qazandıqları uğura görə bir -birlərini təbrik edib, təşəkkür cavabı alan rəqiblərə təsadüf etdinizmi bu məmləkətdə?
Bizdə ona görə o əjdahalardan yoxdur ki, bu tərbiyə bizlərə körpəlikdən nə ailədə, nə də məktəbdə verilib. Gözümüzü açanda analarımızın, nənələrimizin qeybətini eşidib, "filankəsin qızı yaxşı yerə düşdü", "filankəsin oğlu bəxtəvərdi" kimi mətbəx söhbətləri beynimizin ən dərin qatında cığır açaraq, özümüzlə "böyüdü". Və bu "ənənə" məktəbdə də davam etdi.
Dərslərini yaxşı oxuyan şagirdlərin heç biri zəif oxuyan sinif yoldaşına çətinlik çəkdiyi hansısa fənnin hansısa bölməsini izah etmədi. Məktəblərdə hər ay keçirilən yoxlamalarda isə qarşısındakı zəif şagirdi alçaldaraq, minnətlə ona köçürməyə icazə verdi. Həmin şagird ayaqlar altına əzilən qüruru hesabına ona yazılan qiymətin minnətini hər zaman öz boynunda hiss etdi. Və özünü onunla bir yaşda, sinif də oxuyan yoldaşı qarşısında hər zaman gücsüz, zəif gördü. Müəllimlər də təbii ki, çox zaman buna əhəmiyyət vermədi. Bir çoxumuz məhz bu minnətlə böyüdü.
Bu gün bizim cəmiyyətin bir çox üzvü travmaları hesabına zəngin olan gənclər və qocalardı. Zamanında ailədə valideynlərin, müəllimlərin mənasız sərt qadağaları bizləri hər zaman qisas hissi ilə yaşatdı. O hiss ki, bizləri özümüzdən vəzifə və maddi imkan cəhətdən üstün olanlarla heç vaxt sağlam rəqabət aparmağa təpər vermədi. Ömrümüzü kiməsə paxıllıq edərək yaşadıq.
Əsla və əsla qarşımızdakı insanın mənəvi zənginliyinə dəyər vermədik. Əksinə, belə zəngin insanlar görəndə əvvəl içimizi şübhələr yeməyə başlayır. Görən, bizə qarşı məqsədi nədir? Heç bir məqsəd tapmayanda isə içimizdəki saldırqanlıq baş qaldırır. Hücuma keçirik, uğura gedən yolda qara bir daş oluruq...
Qarşımızdakı insanın müsbət keyfiyyətlərini görüb-öyrənməkdənsə, tədqir etməkdənsə nədənsə onu hər kəsin gözündən salmağa çalışırıq. İçimizdə adı nə bizə, nə də elmə məlum olmayan nəsnə çox zaman öz "sahib"i ilə bir ömür yaşayır.
Çox zaman bu cür hallar çətinliklə böyüyən insanlarda olur. Uşaq olanda böyüklər vəziyyəti ört -basdır edərək, yumşaq izah etməyə çalışırlar. Əgər, həmin uşaq böyüyəndə öz -özünü tərbiyə etməyi bacarırsa, demək ki, qarşımızda ola biləcək saldırqanın birindən azadıq. Yox, əgər qadın söhbətləri, dır-dırları içində ömür sürüb, özünü yalnız o söhbətlərlə tərbiyə edən biri, gecə -gündüz əziyyətlə uğur qazanmış hər bir şəxs üçün yaşayan təhlükədi.
Buradan kimisə uğurlu, kimisə uğursuz kimi təqdim etmək fikrim yoxdu. Amma qadın söhbətləri ilə rəqibinin könlünü almağa çalışan birinə həyat dərsi almış birinin hər zaman sillə kimi verəcək cavabı var.
Hər bir oyun müyyən qədər biclik, iti məntiq tələb edir. Əgər, məntiq və bacarığını paralel idarə edə bilirsənsə, artıq bu sənin uğurunun yarısıdı. Bütün oyunların bir qızıl qaydası var: Qazandığın qələbəni rəqibin gözünə baxmaqdan utanmayacaq qədər ədalətli olub qazanmaq gərəkdir. Kimlərinsə əlində alət olunaraq, qazanılan"qələbə" səni qalib yox, nə zamansa tələyə asan düşən ov edəcək.
Nigar Adil