"Mənim bütün həyatım əzabla, zülmlə keçib" - Oğlunu evləndirən əməkdar artist - FOTO
23 May 2018 14:18 SosialZaur Kamalın verilişində qonaq olan əməkdar artist Sahib İbrahimov maraqlı açıqlaması ilə diqqətləri üzərinə çəkib.
Milli.Az xəbər verir ki, aparıcı "5/5"-in canlı yayımında müğənniyə "Həyatında əzab, əziyyətli günlərin olubmu ki, hərdən yadına salırsan?" sualı ilə müraciət edib.
Sahib İbrahimov Zaurun sualına belə cavab verib:"Mənim bütün həyatım əzabla, əziyyətlə, zülmlə keçib. Nəyə nail olmuşamsa, zülmlə nail olmuşam. Odlu-alovlu günlərdən keçmişəm. Ona görədə mənim üçün məişət həyatımızdakı söz-sözhbətlər çox cılızdır, çox kiçik məsələlərdir".
Müğənni artıq Ayan adlı qız nəvəsinin olduğunu və oğlunu da evləndirdiyi barədə məlumat verib. Sahib İbrahimovun son açıqlaması Zauru təəccübləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31