Litvada Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konsert təşkil olunacaq

Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin 100-illiyi ilə əlaqədar olaraq konsert proqramı təşkil ediləcək.

Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin 100-illiyi ilə əlaqədar olaraq konsert proqramı təşkil ediləcək.

"OLAYLAR" xəbər verir ki, konsert proqramında xanəndə Tuqay İsmayılov, tarda Ədalət Behbudov və kamançada Pərviz Fərhadov çıxış edəcəklər. Daha sonra isə musiqiçilərimiz Beynəlxalq Folklor Festival olan  və Litvada məşhur Skamba Skamba Kankliai festivalı kimi tanınan tədbirdə ölkəmizi təmsil edəcəklər.  Həmçinin azərbaycanlı sənətçilər Litvanın LRT dövlət televiziyasının da qonağı olacaqlar.

Azərbaycanlı sənətçilər Litvaya səfər zamanı İse Druskininkay şəhərində təşkil olunan kurort bayramında da ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, Tuqay İsmayılov və Ədalət Behbudov Bakı Humanitar Kollecinin, Pərviz Fərhadov isə Milli Konservatoriyanın müəllimidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31