Masallıda 3,3 maqnitudalı zəlzələ olub

Bu gün Masallıda zəlzələ  olub.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 18:35 radələrində Lənkərandan 26 km şimalda Masallı rayonu ərazisində 3,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 40 km dərinlikdə yerləşib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31