Azərbaycan Uşaqları İctimai Birliyi etiraz edir - BİZ ZƏHRAYIQ

Baş verən hadisə ilə bağlı Azərbaycan Uşaqları İctimai Birliyi etiraz aksiyasına start verib. Belə ki, bunu Azərbaycan Uşaqlar Birliyinin rəhbəri, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli özünün facebook sosial şəbəkə hesabında etiraz konpaniyasının başlaması ilə bağlı açıqlama verib. Hər kəsi bu aksiyaya qoşulmağa dəvət edib. Paylaşımı olduğu kimi sizə təqdim edirik. Və bizdə bu aksiyaya qoşuluruq. Siz də Zəhra OLUN. BİZ ZƏHRAYIQ.

Bağışlayın dostlarım....bağışlayınki indi sizin istirahətinizə qanlı, negativ bir rəsmlə mane oluram. Amma mane oluramsada yaxşı edirəm! Çünki siz dəniz kənarında sərinləmək üçün hit musiqi ilə soyuq içkilər içdiyiniz zaman erməni teroruna qurban gedən balaca mələk Zəhranın atası alov içində, ağlayaraq çabalayır! O özü getmədi onu öldürdülər, ürküb-qorxduğu səsin, mərminin qurbanı oldu Zəhra. Bilirəm hamı Zəhra ola bilməz. Amma bir dəfə də Zəhra olmaq istəyin... Bu insanlar, şəhidlər, qanlı hadisələr ildə bir dəfə seminar təşkil edilməsi üçün deyil.... Birimiz hamımız, hamımız birimiz üçündür. Ki, acısını duyun, dərdini hiss edin. Yenə də hamımız gəzək, əylənək, kefimizə kef qataq ... Amma bu gün onu etməyək.... Bu gün Bakıda, Gəncədə, Nabranda, Qubada, Lənkəranda hər yer FÜZULİ OLSUN! HAMIMIZ ZƏHRA OLAQ!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31