Lənkəranda FACİƏ: Hərbi xidmətə yollanmağa hazırlaşan nişanlı oğlan dənizdə batdı - FOTO
4 İyul 2017 06:18 SosialLənkəranda hərbi xidmətə yollanmağa hazırlaşan gənc dənizdə boğulub.
"Report" xəbər verir ki, hadisə dünən axşam saatlarına baş verib.
Belə ki, Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Quliyev Adil Heybət oğlu dostları ilə birlikdə çimərliyə gəlib. Lakin o, dənizdə çimərkən boğulub.
Qeyd edək ki, onun cəsədini ləpələr sahilə çıxarıb. Məlumata görə, nişanlı olan A.Quliyev ali təhsilini yenicə bitiribmiş. O, bu gün hərbi xidmətə yola düşəcəkmiş.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00