“Quş qripi” aşkarlanmayıb

Bu ilin 4 ayı ərzində "quş qripi" ilə bağlı 2 dəfə monitorinqlər keçirilib. Dövlət Baytarlıq Xidmətinin mətbuat rəhbəri Yolçu Xanvəli bildirib ki, monitorinqlərdə 2945 baş ev və çöl quşlarının qan nümunələri, 48 baş ev və çöl quşlarının patmaterialı quş qripinə görə müayinə edilib. Qan nümunələri və patoloji materialların laborator müayinələrinin nəticələrinə görə quş qripi aşkar edilməyib. Quş qripinə görə seromonitorinqlər əsasən Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonunun Sarvan ov təsərrüfatında, Şirvan Milli Parkında, Ağ göl ərazisində və Qızılağac dövlət təbiət qoruğunda, habelə respublikanın rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb. "OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31