Henri Kissencer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi ilə görüşüb

Amerikanın dövlət xadimi, siyasətçi, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.

Amerikanın dövlət xadimi, siyasətçi, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, görüş "Appeal of Concience" Fondunun prezidenti Rabbi Artur Schneier tərəfindən Fransa Respublikasının Prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafət mərasimi çərçivəsində baş tutub. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak edib. Henri Kissencerə təşkilatın fəaliyyəti və V Qlobal Bakı Forumu barədə məlumat verilib, Forumun əhəmiyyəti xüsusu vurğulanıb. Bildirilib ki, Qlobal Bakı Forumu artıq dünyanı və Avropanı narahat edən qlobal məsələlərin müzakirə edildiyi platformaya çevrilib. Forumun ölkələr və mədəniyyətlər arasında əməkdaşlıq və əlaqələrin qurulması baxımından da mühüm əhəmiyyət kəsb etdiyi də qeyd olunub.

Qeyd edək ki, 2014-cü ildə nüfuzlu siyasi xadim Henri Kissencerə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi Qızıl medalı təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31