Ermənilər Azərbaycan diaspor rəhbərinə qondarma cinayət işi açdırıblar
Hollandiyada fəaliyyət göstərən Azərbaycan Türk Diasporunun başqanı İlhan Aşkına qarşı bu ölkədə yaşayan ermənilər qondarma cinayət işi açdırıblar. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə İ.Aşkın özü facebook səhifəsində məlumat verib: Bildirib ki, 2014-cü ildə ermənilər Almeloda kilsənin bağçasında 24 ədəd qondarma "erməni soyqırımı" abidəsi tikməyə başlamışdılar.
20 Sentyabr 2016 16:45 SosialHollandiyada fəaliyyət göstərən Azərbaycan Türk Diasporunun başqanı İlhan Aşkına qarşı bu ölkədə yaşayan ermənilər qondarma cinayət işi açdırıblar. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə İ.Aşkın özü facebook səhifəsində məlumat verib: Bildirib ki, 2014-cü ildə ermənilər Almeloda kilsənin bağçasında 24 ədəd qondarma "erməni soyqırımı" abidəsi tikməyə başlamışdılar. Hər zaman olduğu kimi, bu dəfə də Türk təşkilatları ilə birlikdə buna etiraz ediblər: "10 mindən artıq insan səsimizə səs verərək bizimlə meydanlara çıxdı. 1 iyul 2014-cü ildə keçirilən həmin mitinqdə ermənilərin Azərbaycan türklərinə etdiyi dəhşətli soyqırım barədə məlumat verdim. Hətta ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini, Qarabağdan çəkilmədikləri təqdirdə o torpaqları onlara məzar olacaq demişdim. Çünki ermənilər 1992-ci ildə Qarabağ və ətrafındakı rayonlarımızda uşaq, qadın, yaşlı demədən minlərlə insanımıza ağır işgəncələr verərək qətlə yetirib. Təəssüf ki, bu vəhşiliyi edənlərin arxasınca düşmək əvəzinə həmin faciəni yaşayanların üsyanını dilə gətirdiyim üçün Hollandiya məhkəməsi ifadə almaq və hətta cəzalandırılmağıma dair mənə məktubla müraciət edib". Diaspor rəhbəri minlərlə verdiyimiz şəhidlərdən artıq olmadığını, Vətənə borcunu bu cür ödəmək lazım gələrsə sonuna qədər ödəyəcəyini deyib və və bundan qürur duyduğunu bildirib..