Nazir Hindistan səfirini qəbul etdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Sanjay Rananı qəbul edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Sanjay Rananı qəbul edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Hindistan səfiri ilə görüşdə Azərbaycan-Hindistan arasında mövcud əməkdaşlığın vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib. Səfir Sanjay Rana qeyd etmişdir ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsində, bu məqsədlə iki ölkə arasında birbaşa reyslərin açılmasında maraqlıdır. Əbülfəs Qarayev Azərbaycanda Hindistan mədəniyyətinə ənənəvi xoş münasibətin olduğunu qeyd edərək bildirmişdir ki, hər iki ölkənin xalqlarını tarixi əlaqələr bir-birinə bağlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31