“Əsrin müqaviləsi”ndən keçən 22 il
Sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişinin imzalanmasının 22-ci ildönümü tamam oldu. Artıq əlamətdar bir tarixə çevrilən həmin gün ölkə neftçilərinin peşə bayramı kimi də qeyd edilir. Məlumat üçün qeyd edək ki, “Əsrin müqaviləsi” – 1994-cü il, sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilədir. Bu tarixi sənədin əsas memarı ümummilli lider Heydər Əliyev olub və onun gərgin əməyi sayəsində sözügedən saziş imzalanıb. Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərin təməlində məhz 22 əvvəl imzalanmış tarixi saziş durur.
20 Sentyabr 2016 15:38 SosialAzərbaycanın bu günkü inkişafının təməl tarixi
Sentyabrın 20-də tarixə "Əsrin müqaviləsi" kimi düşən neft sazişinin imzalanmasının 22-ci ildönümü tamam oldu. Artıq əlamətdar bir tarixə çevrilən həmin gün ölkə neftçilərinin peşə bayramı kimi də qeyd edilir. Məlumat üçün qeyd edək ki, "Əsrin müqaviləsi" - 1994-cü il, sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilədir. Bu tarixi sənədin əsas memarı ümummilli lider Heydər Əliyev olub və onun gərgin əməyi sayəsində sözügedən saziş imzalanıb. Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərin təməlində məhz 22 əvvəl imzalanmış tarixi saziş durur.
"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil oldu.
Birmənalı olaraq qeyd etmək lazımdır ki, "Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı. Sonrakı dövrlərdə "Əsrin müqaviləsi"nə uyğun olaraq inşa edilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Azərbaycan nefti və qazı dünya bazarlarına çıxarıldı ki, bununla da ölkəmiz neft ixrac edən ölkə kimi tanınmağa başladı. Tam əminliklə deyə bilərik ki, Azərbaycanın bu günkü uğurlarının başlanğıcı məhz 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən götürür. Ötən 20 ildən artıq müddətdə neftdən gələn gəlirlər Azərbaycanda təkcə neft sənayesi deyil, eləcə də qeyri-neft sektorunun inkişafına təkan verib. Digər neft ixrac edən ölkələrdən fərqli olaraq Azərbaycanda neftdən gələn gəlirlərin səmərəli istifadəsi, bu vəsaitin çox hissəsinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi hazırda iqtisadiyyatın şaxələnmiş şəkildə inkişafını təmin edib. Məhz neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinin məntiqi nəticəsidir ki, keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi digər ölkələrdən fərqli olaraq Azərbaycana ciddi şəkildə təsir göstərmədi.
Bu gün siyasi mənsubiyyətindən, tutduğu mövqedən asılı olmayaraq hər kəs birmənalı şəkildə 22 il əvvəl imzalanmış mühüm tarixi sənədi təqdir edir. İqtisadçı Qubad İbadoğlu da bu qənaətdədir. İqtisadçı qeyd edir ki, ötən illər ərzində Azərbaycan bu sazişdən kifayət qədər vəsait əldə edib: "Bu gün Azəri-Çiraq-Günəşli yatağının istismarı məqsədilə xarici şirkətlərlə Azərbaycan hökümətinin imzaladığı ilk və son böyük hasilatın pay bölgüsü sazişinin ildönümüdür. Ötən 22
ilə nəzər salanda ilk növbədə bu sazişdən Azərbaycanın qazancları sırasında neft dolları göz önünə gəlir. Neft dolları siyahısında karbohidrogen resurslarının (neft, qaz) birbaşa satışından əldə etdiyimiz valyuta gəlirləri önə çıxır. Dövlət Neft Fondunun (DNF) ötən il üzrə hesabatından görünür ki, 2001-2015-ci illərdə bu məhsulların ixracatından Fondun gəlirləri 124,9 milyard dollar və yaxud son 15 ildə orta hesabla 6,6 milyard dollar olub. Bu isə o deməkdir ki, DNF son 15 ildə neftdən hər gün 18 min 265 dollar, hər ay isə 555 milyon 555 min dollar vəsait qazanıb. Bu yalnız DNF-nin birbaşa qazancıdır. Bundan əlavə 2010-2015-ci illərdə Dövlət Neft Fondu valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 2,4 milyard manat qazanc əldə edib. Bununla yanaşı, 2006-2015-ci illərdə ARDNŞ və BP ayrı-ayrılıqda 12 milyard manata qədər dövlət büdcəsinə vergi ödənişləri edib. Beləliklə də Azəri-Çiraq-Günəşli yatağının istismarından Azərbaycan dövləti 150 milyard dollardan çox qazanıb. Hal-hazırda bu qədər vəsaitin 23 faizi, 35 milyard dolları DNF-nin aktivləri kimi dünya maliyyə, qızıl və əmlak bazarlarında yerləşdirilib".
Süleyman