Hesablama Palatası Tacikistandakı səfirliyimizi yoxlayıb
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirib. İclasda dövlət büdcəsindən Azərbaycanın Tacikistandakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Qaradağ rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə edilib.
20 Sentyabr 2016 13:46 SosialHesablama Palatasının növbəti Kollegiya iclası keçirib. İclasda dövlət büdcəsindən Azərbaycanın Tacikistandakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Qaradağ rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə edilib. İclasda digər audit tədbirləri üzrə Kollegiya qərarlarının layihəsi də müzakirə edilərək, təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul olunub. Kollegiya bir neçə nəzarət tədbirləri ilə proqramlara da dəyişiklik edib.