Aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları hədiyyə edilib

M.Ə.Rəsulzadə bələdiyyəsi yeni tədris ilinin başlanılması ilə əlaqədar rayonun aztəminatlı, qaçqın və şəhid ailələrdən olan məktəb yaşlı uşaqları üçün məktəbli formaları hədiyyə edib.

M.Ə.Rəsulzadə bələdiyyəsi yeni tədris ilinin başlanılması ilə əlaqədar rayonun aztəminatlı, qaçqın və şəhid ailələrdən olan məktəb yaşlı uşaqları üçün məktəbli formaları hədiyyə edib. "OLAYLAR"-a daxil olan məlumata görə,  təşkil olunan aksiyada çıxış edən bələdiyyə sədri tədbir iştirakçılarına yeni dərs ilinin başlanması ilə bağlı öz təbriklərini çatdıraraq onlara yeni tədris ilində uğurlar arzulayıb. Tədbirin sonunda çıxış edən valideyinlər ölkəmizdə aztəminatlı, qaçqın şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirərək, göstərilən diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31