Azərbaycanda ərazi mübahisələri nədən yaranır?
Azərbaycan müstəqillik əldə etdikdən sonra inzibati ərazi vahidlərinin dəqiqləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusən, son vaxtlar tez-tez “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna dəyişikliklərin edilməsinin şahidi oluruq.
14 Sentyabr 2016 13:00 SosialKomitə sədri: "Hazırda 1984 inzabi ərazi vahidinin ən azı 700-də ərazi mübahisəsi var"
Azərbaycan müstəqillik əldə etdikdən sonra inzibati ərazi vahidlərinin dəqiqləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusən, son vaxtlar tez-tez "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanuna dəyişikliklərin edilməsinin şahidi oluruq. Etiraf edək ki, bu dəyişikliklər zamanı sui-istifadə hallarına da təsadüf edilir. Bəzi hallarda əsassız olaraq qonşu rayon, yaxud kəndlərə qarşı ərazi iddiaları irəli sürülür, bəzən isə heç bir əsa olmadan müəyyən ərazilər ayrılaraq yeni inzibati ərazi vahidləri yaradılır. Məhz bu proses zaman sünii amillərin əsas rol oynadığı bildirilir. Məlumata görə, bir çox hallarda yeni inzibati ərazi vahidlərinin yaradılması imkanlı rayon, yaxud kənd sakininin istəyi əsasında reallaşır. Bu zaman yeni yaradılan inzibati ərazi vahidinə həmin şəxsin valideyinlərinin adı qoyulur ki, bu da yerli sakinlərin narazılığı ilə müşayət olunur. Əslində isə inzibati ərazi vahidlərinin dəyişdirilməsi yerli sakinlərinin ümumi razılığı əsasında həyata keçirilə bilər. Yəni, təşəbbüs yerli sakinlərdən gəlməlidir. Reallıqda isə bir çox hallarda yerli sakinlərin heç prosesdən xəbəri olmur. Nəticədə yerli özünüidarə oraqnı olan bələdiyyələrin də sayında tez-tez dəyişikliklər baş verir. Onu da qeyd edək ki, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanuna dəyişikliklər əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, dəyişdirilməsi ilə bağlı edilir. Lakin paytaxt Bakının özündə o qədər dəyişdirilməyə ehtiyacı olan küçə adları var ki, hələlik bu haqda düşünən belə yoxdur.
Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycanda hazırda 1984 inzabi ərazi vahidinin ən azı 700-də ərazi mübahisəsi var. Yəni, bir kənd digər bir kəndə, bir rayon başqa bir rayona ərazi iddiası irəli sürür və bu da nəticədə ərazi mübahisəsinə gətirib çıxarır. Komitə sədrinin sözlərinə görə, bu mübahisələri də qanuni şəkildə araşdırmaq və həll etmək üçün qanunveriçiliyə uyğun olaraq komissiyalar yaradılmalıdır: "Bu komissiyalar da təbii ki, Milli Məclisin razılığı ilə yaradılmalıdır. Qeyd edim ki, komitəmizin 2016-cı il payız sessiyası ilə bağlı qanunvericilik işləri planında bununla bağlı artıq bir neçə məsələ, qanun layihəsi var. Həmçinin qeyd edim ki, komitəmizin iki üzvü- Rüstəm Xəlilov və Tahir Rzayevin başçılığı ilə işçi qrupları yaradılıb və onlar ərazi mübahisələri olan bölgələrimizdən bəzilərində olub, görüşlər, müzakirələr keçiriblər. Ancaq qeyd etdiyim kimi, digər ərazi mübahisələrini araşdırmaq məqsədi ilə də komissiyalar yaradılmalı və buna da Milli Məclis öz razılığını verməlidir". Komitə sədri bildirib ki, payız sessiyası üçün nəzərdə tutulan gündəliykdə və qanunvericilik işləri planında Biləsuvar rayonunun İmişli, Salyan, Cəlilabad, Lerikin Yardımlı rayonuna, Ağdaş və Ucar rayonlarının isə Zərdab rayonuna qarşı ərazi mübahisəsinə dair bir neçə qanun layihəsi vardır. Millət vəkili, işçi qrupunun rəhbəri Rüstəm Xəlilov bildirib ki, Biləsuvarla İmişli və Cəlilabad rayonları arasılnda ərazi mübahisələri həllini tapıb: "Biləsuvar rayon İcra Hakimiyyətinin bu rayonlara qarşı ərazi iddiası düzgün sayılmayıb, ancaq Biləsuvarla İşimli arasında ərazi mübahisəsi açıq qalıb və bunu həll etmək üçün komissiya yaradılmalıdır". Mİllət vəkili, digər işçi qrupunun rəhbəri Tahir Rzayev isə Ağdaşla Zərdab arasında ərazi mübahisəsinin aradan qaldırıldığını, lakin Ucarla Zərdab araslında boş qalan "azad zona" ilə bağlı qismən mübahisəli məsələ qaldığını söyləyib. Təkcə bu faktlar deməyə əsas verir ki, inzibati ərazi vahidlərinin hansısa fiziki şəxsin istəyinə uyğun dəyişdirilməsi sonda həlli mümkün olmayan məsələyə çevrilə bilər. Əldə etdiyimiz son məlumata görə, Milli Məclisin regional məsələlər komitəsində ərazi mübahisələrini araşdırmaq məqsədilə yeni işçi qrupu yaradılıb. İşçi qrupu yerlərdə araşdırma apardıqdan sonra qanun layihəsi hazırlayaraq parlamentə təqdim edəcək.
Alim