Laçın rayonunda məmur özbaşınalığı

Ölkədə həyata keçirilən uğurlu islahatlar hər bir sahə kimi təhsil sahəsinə də təsirsiz ötüşməyib.Təsadüfi deyil ki, son illər ərzində paytaxtla yanaşı, regionlarda, hətta ucqar dağ kəndlərində belə müasir tələblərə cavab verən təhsil ocaqları tikilib istifadəyə verilib, yenim avadanlıqlarla təmin edilib. Həmçinin hər il həyata keçirilən müəllim qəbulu nəticəsində bacarıqlı kadrlar təhsil sistemində işləməyə başlayır.

Rayon təhsil şöbəsi korrupsiya girdabında

Ölkədə həyata keçirilən uğurlu islahatlar hər bir sahə kimi təhsil sahəsinə də təsirsiz ötüşməyib.Təsadüfi deyil ki, son illər ərzində paytaxtla yanaşı, regionlarda, hətta ucqar dağ kəndlərində belə müasir tələblərə cavab verən təhsil ocaqları tikilib istifadəyə verilib, yenim avadanlıqlarla təmin edilib. Həmçinin hər il həyata keçirilən müəllim qəbulu nəticəsində bacarıqlı kadrlar təhsil sistemində işləməyə başlayır. Ancaq onu da etiraf etmək lazımdır ki, hər bir sahədə olduğu kimi təhsil sahəsində də müəyyən problemlər mövcuddur.Xüsusilə regionlarda bu problemlər özünü daha qabarıq şəkildə büruzə verir.

Elə Laçın rayon sakini, hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisindəki Şeylanlı Obasında müvəqqəti məskunlaşmış Baxşeyiş Xudayarovu Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazir Artur Rasi-zadə, baş prokuror Zakir Qaralov, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, maliyyə naziri Samir Şərifov təhsil naziri Mikayıl Cabbarov, və kütləvi informasiya vasitələrinə müraciət etməyə vadar edən səbəb Laçın Rayon Təhsil Şöbəsində baş verən korrupsiya hallarıdır. Baxşeyiş Xudayarov şikayət məktubunda iddia edir ki, təhsil nazirinin birinci müavini Ceyhun Bayramov Laçın Rayon Təhsil Şöbəsini korrupsiya yuvasına çevirib. Onun sözlərinə görə, təhsil şöbəsinin sabiq müdri Ceyhun Bayramovun sağ əli sayılan Malik Vəliyev bu müəssisəni özünün və Ceyhun Bayramovun biznesine çevirib: "Laçın rayon ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 40 faizdən çoxu evdə təhsilə cəlb edilib və direktorlar aylıq əldə olunan vəsaiti Malik Vəliyevin təyin etdiyi şəxsə verirlər. Həmin vəsait Ceyhun Bayramovla Malik Vəliyev arasında bölünür. Həmin şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə, onlardan 90 faizinin sağlam və yüngül fiziki qüsurlu olduğu, məktəbdə dərs məşğələlərində iştirak etdikləri aşkar olar". Məktubda qeyd edilir ki, Təhsil Şöbəsindəki vacant dövlət qulluğu vəzifələri müsabiqəyə çıxarılmır. Müsabiqədən kənar, qeyri-qanuni yola 4-5 namizədin hər birindən 5000 manat rüşvət alınaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edilirlər: "Laçın rayon ümumtəhsil məktəblərində ola ntexniki ştatların 60 faizi direktorların yaxın qohumlarının adına sənədləşdirilib. Onların əmək haqqı kartları isə direktorların cibindədir. Ancaq vəsait Malik Vəliyevə çatır. Bundan başqa diploma saxta olan müəllimlərdən hər tədris ilində 800 manat rüşvət alınaraq onların müəllim işləmələrinə şərait yaradılır. Hazırda təhsil şöbəsində 100-dən çox diploma saxta olan müəllim var. Maliyyə Nazirliyi Laçın rayon ümumtəhsil məktəblərində işləyə nmüəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında araşdırma aparsa, onların adlarına aylıq 250-350 manat əmək haqqı yazıldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar edilər. Bu

müəllimlər özəl müəssisələrdə çalışır. Sadəcə pedoqoji iş stajı olsun deyə adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar". Məktubda iddia edilir ki, Malik Vəliyev saxta diplomları olan şəxslərdən külli miqdarda rüşvət alaraq çox asan yollarla onları əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir. Sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək həmin şəxsləri direktor, director müavini vəzifələrinə təyin edir: "Bundan başqa Malik Vəliyev diploma olmayan, düzgün yazıb-oxumağı bacarmayan şəxslərdən 2000 manat rüşvət alaraq onları hərbi biletlə hərbi- hazırlıq müəllimi götürüb. Hər il dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti müxtəlif adlar altında talan edirlər. İnventarların, məktəbli paltarlarının, məktəblərin zəruri və əsaslı təmir bərpa işlərinə, dəftərxana ləvazimatlarının, avadanlıqların satınalınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC- lərin adına sənədləşdirərək mənimsəyirlər. Araşdırılma aparılsa bu vəsaitin heç 10 faizi təyinatı üzrə xərclənməyib və bir çox hallarda alınan inventarlar faktiki bazaar qiymətindən iki üç dəfə şişirdilib. Məsələn araşdırılma aparılsa bir stulun faktiqi bazaar qiyməti 30 manat olduğu halda balansa 60-70 manat salınıb". Baxşeyiş Xudayarov bildirir ki, Ceyhun Bayramov şərikli bizneslərini böyütmək məqsədiilə Malik Vəliyevi 300 000 manat rüşvət qarşılığında Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında yaradılmış Tərtər Regional Təhsil İdarəsinə müdir təyin etdirib: "Laçın rayon təhsil şöbəsinədə Malik Vəliyevin yaxin qohumu olan Nicat Həsənovu müdir təyin etdirib. Əgər Ceyhun Bayramovun və Malik Vəliyevin rüşvət yığmaq məqsədi yoxdusa, nə üçün Laçın rayonundakı 100-dən çox ümumtəhsil məktəblərinin direktoru içərisindən təhsil şöbəsinin müdiri işləməyə potensialı olan bir nəfər tapılmadı? Əvəzində Malik Vəliyevin qohumu olan, Uşaq Gənclər İdman Məktəbinin direktoru Nicat Həsənov bu vəzifəyə gətirildi. Cənab Prezident Laçın rayonunun bütün idarə və müəssisələrində korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı dözülməz həddə çatıb. Bu acınacaqlı vəziyyət əhalinin dövlətə olan inamını azaldır. Əhalinin yeganə çıxış yolu sizə və Prezident Administrasiyasının rəhbərinə yazılı müracətlər göndərməkdir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31