Konstitusiya dəyişiklikləri Azərbaycan vətəndaşları tərəfindən hamılıqla dəstəklənəcək
Artıq referenduma sayılı günlər qalır. Məlum olduğu kimi sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə ümumxalq səsverməsi keçiriləcək. Referendum ərəfəsində ölkədə keçirilən rəy sorğularının nəticələri onu deməyə əsas verir ki, Azərbaycan ictimaiyyəti sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsində konstitusiya dəyişikliklərinin lehinə səs verəcək. Sevindirici hal ondan ibarətdir ki, cəmiyyətin ən fəal təbəqəsi sayılan gənclər də bu prosesdə aktivlik nümayiş etdirirlər. Referendum ərəfəsində təbliğat-təşviqat məqsədilə yaradılan təşəbbüs qruplarında da məhz gənclər üstünlük təşkil edir.
14 Sentyabr 2016 12:52 SosialNicat Müslümov: "Konstitusiyaya edilən dəyişikliklərin mahiyyətindəgənclərə geniş imkanlar nəzərdə tutulub"
"Əgər indiyə qədər Milli Məclisə deputat seçilmək üçün 25 yaşın tamam olmasını gözləmək lazım gəlirdisə, dəyişikliklər qəbul olunacağı təqdirdə yaş senzi minimuma endiriləcək"
Artıq referenduma sayılı günlər qalır. Məlum olduğu kimi sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə ümumxalq səsverməsi keçiriləcək. Referendum ərəfəsində ölkədə keçirilən rəy sorğularının nəticələri onu deməyə əsas verir ki, Azərbaycan ictimaiyyəti sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsində konstitusiya dəyişikliklərinin lehinə səs verəcək. Sevindirici hal ondan ibarətdir ki, cəmiyyətin ən fəal təbəqəsi sayılan gənclər də bu prosesdə aktivlik nümayiş etdirirlər. Referendum ərəfəsində təbliğat-təşviqat məqsədilə yaradılan təşəbbüs qruplarında da məhz gənclər üstünlük təşkil edir. Gənc Liderlər Heydər Əliyev Yolunda Facebook dəstək kampaniyasının layihə rəhbəri Nicat Müslümovla söhbətimizdə də gənclərin konstitusiya dəyişikliklərinə münasibəti, bu prosesdəki fəallıqları barədə danışdıq. Nicat Müslümov bildirib ki, sonuncu konstitusiya dəyişikliklərindən artıq 7 il keçib və indiki situasiyada ölkənin ana qanununa dəyişikliklər zərurəti meydana gəlib: "18 mart, 2009 - cu ildə baş tutan referendumdan artıq 7 il ötüb. Geridə qalan illər ərzində respublikamızın bütün sahələrində canlanma öz əksini tapıb. İqtisadiyyatımızın artımı bütövlükdə cəmiyyətimizin yaşam tərzinin yüksəlməsinə gətirib çıxarıb. İlbəil artırılan sosial yardımların, təqaüdlərin geniş vüsət alması sevindirici haldır". Nicat Müslümov onu da qeyd edib ki, ötən illər ərzində ölkəmizin beynəlxalq aləmdə tanınması, dünyanın aparıcı dövlətləri sırasında xüsusi mövqe tutması hər bir vətənpərvər azərbaycanlını məmnun edib və bu insanlarımızı sevindirməyə bilməz: "Saymaqla bitməyən idman sektorundakı uğurlarımız bütün Azərbaycanın uğurudur. Vaxtında doğru atılmış addım dünənin, bu günün tələblərini, maraqlarını özündə birləşdirməklə dövlətimizin inkişafına səbəb olub".
Gənc Liderlər Heydər Əliyev Yolunda Facebook dəstək kampaniyasının layihə rəhbərinin sözlərinə görə, möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin 26 sentyabr, 2016 - cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncam günün tələbinə və marağına cavab verməklə yanaşı,
7 il öncə vaxtında atılmış doğru siyasətin ardıdır: "Nəzərdə tutulmuş 29 dəyişiklikdən biri olan seçkilərdə iştirak edə biləcək vətəndaşların yaş həddlərinin 18 yaş müəyyənləşdirilməsi mütərəqqi addımdır. Belə ki, seçmək və seçilmək hüququ Azərbaycan vətəndaşının təbii haqqıdır. Bu nöqteyi nəzərdən seçkilərdə iştirak etmək istəyən hər bir vətəndaş üçün geniş imkanlar yaranır və bu dəyişiklik də digərləri kimi bilavasitə respublikamızda müzakirə obyektinə çevrilən mühüm məsələlərin həllinə yeni prizmalardan yanaşılması, daha labüd qərarların qəbul edilməsini və s. müsbət xüsusiyyətlərini özündə təcəssüm etdirir. Nəzər yetirsək, görə bilərik ki, Konstitusiyaya edilən dəyişikliklərin mahiyyətində biz gənclərə geniş imkanlar nəzərdə tutulub. Əgər indiyə qədər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmək üçün 25 yaşın tamam olmasını gözləmək lazım gəlirdisə, 26 sentyabr, 2016 - cı il tarixində keçiriləcək referenduma çıxarılacaq dəyişikliklər qəbul olunacağı təqdirdə yaş senzi minimuma endiriləcək və bu zaman artıq vətəndaşlar üçün, xüsusən də, biz gənclər üçün yeni yollar açılmış olacaqdır". Nicat Müslümov bildirib ki, düşüncəsi yüksək olan, intellektli, dünyagörüşlü, savadlı gənclərin Milli Məclisə seçilib, təmsil etdiyi regionda yaşayan sakinlərin problemlərini qabartması, gündəlikdə olan aktual məsələlərə yeni nəslin prizmasından yanaşması, çox böyük nəticələrə nail olmaq deməkdir: "Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, firavan həyat tərzi, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasətinin nəticəsidir. Artmaqda olan Azərbaycan dövlətinin nüfuzu özünü müvafiq olaraq ayrı-ayrılıqda ictimai, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə də ehtiva edir. Məhz bu uğurlu siyasətin davamı olaraq, bu gün dövlət idarəetmə sisteminin daha inkişaf etdirilməsi, dövlət qurumlarının fəaliyyətlərinin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının bir qədər də genişlənməsi baxımından sentyabrın 26-da baş tutacaq referendumun böyük əhəmiyyəti var. Heç şübhəsizdir ki, son dərəcə geniş imkanları ilə seçilən, ölkəmizin inkişafı baxımından olduqca önəmli olan konstitusiya dəyişiklikləri Azərbaycan vətəndaşları tərəfindən hamılıqla dəstəklənəcək. Çünki konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklər birmənalı olaraq vətəndaşların rifahına, Azərbaycan dövlətinin gələcək inkişafına, milli maraqlara xidmət edir".
Süleyman