Özbəkistan yeni prezidentini dekabrın 4-də seçəcək
Özbəkistanda prezident seçkiləri dekabr ayının 4-də keçiriləcək.
9 Sentyabr 2016 16:29 SosialÖzbəkistanda prezident seçkiləri dekabr ayının 4-də keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissiyasından bildiriblər.
Ölkənin baş naziri Şavkat Mirziyayev müvəqqəti olaraq prezident vəzifəsini icra edir.
Qeyd edək ki, insult səbəbindən vəfat edən Özbəkistanın ilk prezidenti İslam Kərimov sentyabrın 3-də Səmərqənddə dəfn olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31