Bayram günlərində "ASAN xidmət"ə gedənlər əliboş qayıdacaq

Azərbaycanda qeyd edilən Qurban bayramı ilə əlaqədar sentyabrın 12-13-də "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərməyəcək.

Azərbaycanda qeyd edilən Qurban bayramı ilə əlaqədar sentyabrın 12-13-də "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərməyəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı

Xidmətinin İnformasiya təminatı şöbəsindən Milli.Az bildiriblər ki, vətəndaşlar sentyabrın 14-dən etibarən "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31