Cəbhə xəttində təhsil konfransı keçirilib
Tərtər rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib. Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev “2015-2016-cı dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə edib.
9 Sentyabr 2016 15:59 SosialTərtər rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirilib. Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev "2015-2016-cı dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə" məruzə edib. Bildirib ki, bu il ali məktəblərə iş verən 350 nəfər məzundan 193 nəfər ali, 84 nəfər isə orta ixtisas məktəblərinə daxil olub. 7 nəfər 600-dən, 19 nəfər 500-dən yuxarı bal toplayıb, 5 nəfər ali hərbi məktəbə, 3 nəfər isə C.Naxçıvanski adına liseyə daxil olub. 600-dən yuxarı bal toplayan 7 nəfərin 2-si Qaradağlı, hərəsindən 1 nəfər isə Sarov, Buruc, Köçərli, Xoruzlu, Gülabatlı kənd tam orta məktəbin məzunlarıdır. Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması və müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı danışdı, rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin və ziyalıların rolundan söhbət açdı, təhsil işçilərinin qarşısında duran mühüm vəzifələri diqqətə çatdırıb. Tədbirin sonunda bir qrup təhsil işçisinə rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr verilib.