Qadından 1800 manat oğurlayanlar tutuldular
Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini Əhməd Əhmədzadə və Bəxtiyar Hüseynov tutulublar.
9 Sentyabr 2016 15:54 SosialOğurluqda şübhəli bilinən Ağdam rayon sakini Əhməd Əhmədzadə və Bəxtiyar Hüseynov tutulublar.
DİN-in saytı xəbər verir ki, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bu il fevralın 29-da rayon sakini Dilbər Əliyevaya məxsus evdən 1800 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri Əhməd Əhmədzadə və Bəxtiyar Hüseynov həbs ediliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31