Baş İdarə birinciləri sevindirdi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2016-2017-cı tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.

150 uşağa məktəbli çantası verildi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2016-2017-cı tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib. Baş İdarənin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbiri açan BŞGİBİ-nin rəis müavini Aydın Yusifov ilk növbədə bu il Bakıda məktəbə gedən bütün uşaqlara müvəffəqiyyət arzulayıb. O bildirib ki, BŞGİBİ artıq 10 ildir ilk dəfə məktəbə gedən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqları məktəbli çantası və məktəb ləvazimatları ilə təmin edir. Sonda ilk dəfə məktəbə gedən 150 uşağa Baş İdarə tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31