Dünya Azərbaycanlıları Assambleyası qeydiyyata alındı
Alman Federativ Respublikasının məhkəmə orqanının təsdiqi ilə dünya azərbaycanlılarının ilk beynəlxalq ictimai təşkilatı olan Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəsmən qeydiyyatdan keçib. Bu barədə məlumatı “OLAYLAR”-a DAA-nın prezidenti Rəşad Quliyev verib.
9 Sentyabr 2016 15:24 SosialAlman Federativ Respublikasının məhkəmə orqanının təsdiqi ilə dünya azərbaycanlılarının ilk beynəlxalq ictimai təşkilatı olan Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəsmən qeydiyyatdan keçib. Bu barədə məlumatı "OLAYLAR"-a DAA-nın prezidenti Rəşad Quliyev verib. Bildirib ki, bundan sonra assambleya rəsmi dövlət qeydiyyatından keçmiş bir qurum kimi fəaliyyət göstərəcək: "Bütün zəhməti keçən həmvətənlilərimə, mənimlə çiyin çiyinə bu məsuliyyətli, çətin və şərəfli işin altına girmiş olan bütün kolleqalarıma dərin minnətdarlığımı bildirirəm. Xalqımıza , dünya azərbaycanlılarına və Vətənimizə xeyirli, uğurlu olsun".