Hansı heyvanlardan qurban kəsilir?
Müsəlman dünyasının müqəddəs bayramlarından sayılan Qurban bayramına sayılı günlər qalıb. Adətən Qurban bayramında imkanlı şəxslər qurban kəsərək onu imkansızlara, fəqir-füqəraya paylayarlar. Ancaq bir qayda olaraq insanlar bu günlər ərəfəsində bir sıra tərəddüdlərlə qarşılaşırlar.
9 Sentyabr 2016 19:30 SosialQurban kəsərkən bəzi vacib məqamlara diqqət edilməlidir
Müsəlman dünyasının müqəddəs bayramlarından sayılan Qurban bayramına sayılı günlər qalıb. Adətən Qurban bayramında imkanlı şəxslər qurban kəsərək onu imkansızlara, fəqir-füqəraya paylayarlar. Ancaq bir qayda olaraq insanlar bu günlər ərəfəsində bir sıra tərəddüdlərlə qarşılaşırlar. Belə ki, bəzən qurbanın hansı heyvandan kəsilməli olduğu, qurbanın kimlərə verilməsi ilə əlaqədar suallar meydana çıxır. Bu və ya digər suallara aydınlıq gətirmək üçün ilahiyyatçı Hacı Samir Əzizova müraciət etdik. O, bildirib ki, insanın günahdan uzaq düşdüyü gün onun bayramıdır: "Bismillahir Rəhmanir Rəhim. Müsəlman dünyasının 2 əsas bayramlarından biri olan Eydul ədha və ya eyd ən nahr -yəni Qurban bayramı ərəfəsindəyik. İlk növbədə bu bayram münasibətilə xalqımızı, bütün müsəlman dünyasını təbrik edirəm. Və istəyirəm ki, bir neçə cümlə ilə Qurban və bayram anlamı üzərində dayanaq. İlk öncə qeyd edim ki, məşhur hədisdə deyildiyi kimi, İslama görə insanın günahdan uzaq düşdüyü gün onun bayramıdır. Bununla bərabər İslamda 2 xüsusi bayram var ki, Fitr yəni Ramazan və Qurban Bayramı adlanır. Bu hər iki xüsusi bayramla qeyd etdiyimiz hədisin mühüm əlaqəsi var. Ramazan ayı insanın bütün ay boyu günahlardan uzaq qalmasının bir nəticəsi olaraq Haqq Təala (c.c) tərəfindən bayramla sonuclandırılmışdır. Eynilə bunun kimi İnsanların Həcc mövsümü zamanı Rəbbimizin dəvətini qəbul edib getməsi və xüsusi Həcc ayinlərini layiqli şəkildə yerinə yetirdikdən sonra Uca Rəbbimizlə bir növ əhd təzələnməsi prosesi baş tutur və buna görə də ilahi bir lütf olaraq insanların günahı təmizlənir. Demək əvvəldə qeyd etdiyim hədislə 2 bayramın xüsusi əlaqəsinib olmasını başa düşürük. Digər tərəfdən ən mühüm məsələlərdən biri də budur ki, hər iki bayramla təqva amilinin də rabitəsi mövcuddur. İlk öncə təqvanın nə mənaya gəldiyini qısa olaraq izah edək. Təqva-insanların günahdan uzaq düşməsi üçün pəhrizkar kimi davranması və bunun nəticəsində ilahi bir lütf insanda yaranan nəsnənin adıdır. Əldə olunan təqva vasitəsilə insan etdiyi ibadət zamanı öz işini asanlaşdırar. Qurandan nümunə kimi 2 ayəni nümunə çəkə bilərik. Birincisi Ramazan ayı ilə əlaqədar olan Bəqərə surəsinin 183 cü ayəsidir ki, ayənin sonunda təqvadan-pəhrizkar olmaqdan söz açılır. Həqiqi ibadətin yalnız bu yolla əldə edilə biləcəyi vurğulanır: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz."-Bəqərə surəsi, 183 -cü ayə". Hacı Samir Əzizov deyir ki, digər ayə isə qurbanla əlaqədardır: "Burada da təqvanın əhəmiyyəti əsas məsələdir. "(Qurban kəsilən zaman) Allaha əsla onların əti və qanları çatmaz,
əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar. Allah onları beləcə sizə ram etdi ki, sizi doğru yola yönəltməsinin müqabilində Allaha təkbir deyəsiniz və Onu uca tutasınız. Və (ey Peyğəmbər, sən) yaxşı işlər görənlərə müjdə ver." -Həcc surəsi, 36 cı ayə. Qeyd olunan ayə şöhrət, riya məqsədilə kəsilən qurbanları yox, təqvalı olaraq kəsilən qurbanın ilahi dərgahda qəbul olunacağını bildirir. Bundan sonra zikr edəcəyim ayə də bu qəbildəndir. "Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar. Allah onları beləcə sizə ram etdi ki, sizi doğru yola yönəltməsinin müqabilində Allaha təkbir deyəsiniz və Onu uca tutasınız. Və (ey Peyğəmbər, sən) yaxşı işlər görənlərə müjdə ver. -Maidə surəsi, 27 ci ayə".
İlhaiyyatçı bildirib ki, qurban kəsilərkən diqqət olunası bir çox məqamlar var: "Həcc mərasimi zamanı bizə vacib olan bu ayin, Həccdə olmayan, imkanı çatan insanlar üçün isə müstəhəb hökmündədir. Qurbnlıq üçün seçilən heyvanın bir sıra şərtləri vardır. Seçilən heyvan qoç, iribyunuzlu dana, dəvə olmalıdır. Kəsiləcək olan heyvanların sağlam olmalıdır və erkək olması daha münasib sayılır. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dananın 1 yaşı tamam olmalıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır". Hacı Samir Əzizov bildirib ki, qurban payı əsas etibarilə 3 hissəyə bölünməlidir: "Bir hissə ailəyə, digər isə fəqir ailələr arasında bölüşdürülməlidir".
Süleyman İsmayılbəyli