Ürək xəstəliklərinin cavanlaşmasının başlıca səbəbləri

Son illər bütün dünyada, o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı sürətlə artır. Təəssüfedici məqam ondan ibarətdir ki, bu xəstəlik cavanlaşmaqdadır. Əgər əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Bu gün hətta yeniyetmə gənclərdə də bir çox hallarda ürək-damar xəstəliyi, infarkt kimi mənfi hallar müşahidə edilir. Ekspertlərin qənaətincə, xüsusilə gənclərdə belə bir xəstəliyin meydana çıxmasının başlıca səbəblərindən biri irsiyyət faktorudur.

İnfarktdan necə qorunmaq olar?

Son illər bütün dünyada, o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı sürətlə artır. Təəssüfedici məqam ondan ibarətdir ki, bu xəstəlik cavanlaşmaqdadır. Əgər əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Bu gün hətta yeniyetmə gənclərdə də bir çox hallarda ürək-damar xəstəliyi, infarkt kimi mənfi hallar müşahidə edilir. Ekspertlərin qənaətincə, xüsusilə gənclərdə belə bir xəstəliyin meydana çıxmasının başlıca səbəblərindən biri irsiyyət faktorudur. Ailəsində qəfil ölüm olan, ciddi piylənməsi, hipertoniya - qan təzyiqi və şəkər xəstəliyi olan insanlar, gənc yaşlarda ciddi şəkildə siqaret və digər tütün məmulatlarından istifadə edən insanlar risq qrupuna aid edilirlər. Ürək xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalmasına səbəb olan digər amillər sosial faktorlar, ətraf mühit, ekoloji amillərdir. Bir qayda olaraq ürək-damar xəstəliyi olan insanlar tutma şəklində ağrılar, ağrıların sol qola, sol kürək və boyun nahiyəsinə vurması, eləcə də tərləmə, baş gicəllənməsi kimi hallarla müşahidə edilir. Ürək xəstələrində adətən dodaqların ətrafı, göz dibi və barmaqların ucunda bir qədər göyümtüllük olur. Statistik rəqəmlərdən də aydın olur ki, dünyada insanların 60 faizi məhz ürəklə bağlı xəstəliklərdən həyatını itirir.

***

Həkim mütəxəssis Füzuli Hüseynov da deyir ki, dünyada ölüm səbəbinə görə həmişə ürək qan damar problemləri birinci sırada olub və ona görə də məsələnin ciddiliyinə varmaq lazımdır. Onun szlərinə görə, infarkt ürək qan-damar problemlərinin son həddi olub insan həyatının tükdən asılı qaldığı bir andır: "Niyə insan oğlunda infarkt olur? Bu sualı özümüz-özümüzə versək və bir sıra vacib məqamlara ciddi diqqət yetirsək özümüzü bu təhlükədən sığortalaya bilərik. İnfarkt az-az hərəkət edənlərdə, siqaret və alkoqol qəbul edənlərdə, kök insanlarda, uzun müddət qanı laxtalı olaraq yaşayan insanlarda, daimi yağlı qidalar yeyən insanlarda, marqarindən çox istifadə edən adamlarda daha sıx görünür. İnfarkt keçirmiş insanların əksəriyyətinin qanında xolesterin və lipidlərin miqdarı normadan yuxarı olur. Belə insanların qanları əsasən qatılığa meyilli olur". Füzuli Hüseynovun sözlərinə görə, bəzən insanlarımız sinə nahiyyəsində olan hər ağrıya görə infarktdan şübhələnirlər, bəzən mədə qida borusu ağrılarını insanlar infarkt kimi düşünürlər: "İnfarkt qabağı dövr keçirən insanların əsas şikayətləri sinədə ağır nəsə oturub demələridir. Əgər belə hal varsa təcili kordioqramma etdirib halınızda xəbərdar olmalısınız. İkinci bir əlamət isə daimi olaraq hava çatışmazlığı və sinə nahiyyəsində yandırıcı bir hissin olmasıdır". Həkim deyir ki, ümumiyyətlə hər bir

insan ən azından 2 ildən bir ürəyini kordioqramma etdirsə yaxşı olar: "İnfarkt olmamaq üçün nələr etməli? İnfarkt olmamaq üçün qanı duruldan bitki çaylarından istifadə edilməli, tünd qara çaydan, tünd kofedən imtina edilməlidir. Hər gün ən azı 5 kilometr gəzməli, hər yeməkdən əvvəl kələm, kök, çuğundur, zeytun yağından (1 xörək qaşığı) salat hazırlayıb kəpəkli çörəklə yeyilməlidir. Həmçinin mövsümi meyvə və tərəvəzlər bol-bol qəbul edilməlidir".

Füzuli Hüseynov qeyd edir ki, infarkt adətən ürək və qan-damar sistemində xoşagəlməz proseslərin nəticəsində meydana çıxır: "Zaman keçdikcə ürəkdə problemlər əmələ gəlməyə başlayır. Əsasən də ürəkdə tez-tez döyünmələr, ürək təzyiqinin artması və ürəkdə səyrimələr müşahidə edilir. Bütün bunlar ürək əzələsinin zəifləməsinə və ürəyimizin torba formasını almasına səbəb olur. Bu zaman olduqca faydalı bir bitki növündən istifadə etmək olduqca zəruridir. Belə ki, yemişan meyvəsinin dəmlənməsi ürək təzyiqini aşağı salır, ürəyin zərbə qüvvəsini artırır, ürəyin oksigenə olan tələbatını azaldır. Nəticə etibarilə tez-tez ürək döyünməsini aradan qaldırır. Onu da qeyd etmək lazımdır ki, yemişanın zəngin vitamin və mineral tərkibi də var. Bütün bunlar orqanizmin xəstəliklərə qarşı dirənişini artırır, immuniteti gücləndirir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31