“Sonsuz Dəhliz” filmi Qətarın Al Jazeera kanalında nümayiş olunacaq

Sentyabrın 10-da Bakı vaxtı ilə saat 11-də Qətarın Al Jazeera televiziya kanalında http://doc.aljazeera.net/البث-الحي ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filmin nümayişi olacaq. Filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutacaq.

Sentyabrın 10-da Bakı vaxtı ilə saat 11-də Qətarın Al Jazeera televiziya kanalında http://doc.aljazeera.net/البث-الحي ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan "Endless Corridor" ("Sonsuz Dəhliz") müstəqil sənədli filmin nümayişi olacaq. Filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutacaq.

"Sonsuz dəhliz" sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalıda baş vermiş kütləvi insan qırğınını daha dərindən dərk etmək üçün bu film əvəzsiz ekran əsəridir.

Xatırladaq ki, filmin dünya üzrə ilk premyerası 2014-ci il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdir. "Sonsuz dəhliz" filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilmişdir. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31