Prokurorluğa qəbulla bağlı müsabiqə başa çatdı

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq tam aşkarlıq, bərabər imkanlar şəraitində və şəffaf prosedurlar əsasında prokurorluq orqanlarına işə qəbulla əlaqədar Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulub.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq tam aşkarlıq, bərabər imkanlar şəraitində və şəffaf prosedurlar əsasında prokurorluq orqanlarına işə qəbulla əlaqədar Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Müsabiqənin birinci və ikinci mərhələlərində müvəffəqiyyət həddini keçərək üçüncü mərhələ olan müsahibəyə buraxılmış namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, hüquqi aktları düzgün tətbiq etmək bacarığına, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, prokurorluqda qulluq keçmək arzuları və hazırda prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, Baş Prokurorluğun Kollegiyası 117 gənc hüquqşünasın müsabiqədən keçməsi ilə əlaqədar qərar qəbul edib. Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 09 sentyabr 2016-cı ildən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi,158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə stajor təyin ediləcəklər. Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az,www.genprosecutor.gov.az) və "Qəbul otağı"nda yerləşdirilmişdir. Əlavə məlumat almaq üçün 492-06-82, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31