Nəsimi Rayon İcra Hakimiyyətində Şura iclası keçirilib

“Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik, qaz, elektrik enerjisi, sukanal təchizatı və digər xidmət sahələrinin 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında” Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilib.

"Rayon təsərrüfatının, mənzil fondunun, sosial-mədəni obyektlərin, istilik, qaz, elektrik enerjisi, sukanal təchizatı və digər xidmət sahələrinin 2016-2017-ci illər payız-qış mövsümünə hazırlığının vəziyyəti haqqında" Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilib. "Olaylar" xəbər verir ki, Nəsimi rayon İcra hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı rayonun təsərrüfat və kommunal xidmətləri, idarə və müəssisələri tərəfindən tərtib olunmuş tədbirlər planlarına əsasən müvafiq işlər görülmüşdür. Rayonun orta və ali təhsil müəssisələrində yeni təhsil ili ərəfəsində təmir işləri aparılmış, istilik sistemləri profilaktika edilmişdir. Rayon MKTB və rayondakı ikili təyinatlı MİS-lər tərəfindən balansda olan binaların dam örtüklərində, bir sıra binaların daxilində və ümumi istifadə yerlərində təmir işləri aparılmışdır. Rayon Enerji Satış və İstismar İdarəsi, İstilik İstismar Sahəsi, Sukanal İdarəsi tərəfindən mövsüm ərəfəsində yeni xətlər çəkilmiş, mövcud şəbəkələrdə və xətlərdə təmir işləri aparılmış, yeni daha tutumlu transformatorlar, su nasosları, qaz paylayıcı şkafları quraşdırılmış və köhnələri təmir olunmuşdur. Qeyd olunanlarla yanaşı tədbirlər planı üzrə nəzərdə tutulmuş bütün tədbirlərin tam yerinə yetirilməsi üçün işlərin davam etdirilməsini zəruri hesab edərək, rayon sakinlərinin qaz, elektrik enerjisi və su təchizatının yaxşılaşdırılması ilə bağlı bir sıra əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu, yağışlı və boranlı günlərdə küçələrin su ötürücü qurğularının normal işinin təmin edilməsinin vacibliyini aidiyyəti qurumların rəhbərlərinin nəzərinə çatdıran Asif Əsgərov yaşayış binalarının, orta ümumtəhsil və məktəbəqədər müəssisələrin, səhiyyə və mədəniyyət ocaqlarının istilik məsələlərinin gündəlik nəzarətdə saxlanmasının və normal şəraitin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsinin vacibliyini bildirərək müvafiq tapşırıqlar vermişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31